Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

MATERİALİZM VƏ DARVİNİZM

Maddəçilik, müasir adı ilə materializm çox qədim dövrlərdən bəri mövcud olan fikir sistemlərindən biridir. Materializm tək mütləq varlığın maddə olduğu fikrini müdafiə edir. Bu batil inanca görə, maddə əzəldən bəri mövcuddur və sonsuza qədər də varlığını davam etdirəcəkdir. Materializmin əsas xüsusiyyəti isə Yaradıcının varlığını və hər cür dini inancı rədd etməsidir. Dünyada dinsizliyi əsas prinsip kimi qəbul edən bir çox cərəyan, ideologiya və fikir sistemləri vardır. Lakin materializm dini inkar edən bu cərəyanların böyük bir qisminin əsasını təşkil edir. Başqa sözlə desək, dinsizliyin təməl dini materializmdir.

Şumerlərdən qədim Yunan dinlərinə qədər tarixin hər dövründə materialist inanca rast gəlinir. Ancaq bu batil inanc, əsasən, XIX əsrdə yayılmış və əsas fikir sisteminə çevrilmişdir. Böyük sürətlə yayılan bu materialist fikrin qarşısında daim ciddi bir maneə dayanmışdır. Maddənin əzəli olduğunu iddia edən materializmin önündəki bu böyük maneə "kainatın və bəşəriyyətin necə meydana gəldiyi" sualıdır.

Həmin əsrdə Çarlz Darvinin ortaya atdığı təkamül nəzəriyyəsi materialistlərin qarşısında dayanan bu suala onların axtardıqları kimi, əslində isə heç bir elmi əsası olmayan cavabı verdi. Darvinin ortaya atdığı əsassız nəzəriyyəyə görə, cansız maddələr təsadüfən baş verən bəzi hadisələrlə özlərini nizamlamış və bunun nəticəsində təsadüfən ilk hüceyrə meydana gəlmişdir. Darvinizmə görə, yer üzündəki bütün canlılar bu ilk hüceyrənin təsadüflər nəticəsində təkamül keçirməsi ilə meydana gəlmişdir.

Darvin bu iddiaları ilə, əslində, elm tarixindəki ən böyük yanılmanın memarıdır. Heç bir konkret elmi dəlilə əsaslanmayan nəzəriyyəsi, özünün də qəbul etdiyi kimi, yalnız "irəli sürülən bir fikir"dir. Hətta Darvinin "Növlərin mənşəyi" adlı kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı hissəsində etiraf etdiyi kimi, təkamül nəzəriyyəsi bir çox mühüm suallar qarşısında çarəsiz qalmışdır.

Buna baxmayaraq, Darvin elm inkişaf etdikcə nəzəriyyəsinin bu çətinlikləri aşacağını və yeni elmi kəşflərin nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu da kitabında tez-tez dilə gətirirdi. Lakin inkişaf edən elm Darvinin ümidlərinin əksinə olaraq, nəzəriyyənin təməl iddialarını bir-bir sıradan çıxardı. Belə ki, təkamül nəzəriyyəsi bu gün, lehində aparılan bütün təbliğatlara baxmayaraq, avstraliyalı məşhur molekulyar bioloq Maykl Dentonun "Evolution: A Theory in Crisis" (Təkamül: böhran içində bir nəzəriyyə) adlı kitabında vurğuladığı kimi, "böhran içində olan nəzəriyyə"dir. (Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985)

Lakin XIX əsrdə təkamül nəzəriyyəsi ilə əlaqədar elmi gerçəklər bilinmirdi. Bu nəzəriyyə özlərinə elmi dayaq axtaran materialistlər üçün qaçırılmaz fürsət idi. Çünki Çarlz Darvin öz nəzəriyyəsinə əsaslanaraq Yaradıcının varlığını inkar edirdi. İnsanın kor təsadüflər nəticəsində cansız maddələrdən əmələ gəldiyi iddiası həmin dövrdə materialistlərin ən çox eşitmək istədikləri fikir idi.

Təkamül nəzəriyyəsinə etdiyi tənqidi fikirlərlə və nəşr etdiyi kitablarla akademik səviyyədə hörmət qazanan Çikaqo Universiteti professorlarından Filip Conson (Phillip Johnson) təkamül nəzəriyyəsinin dinsiz ideologiyalar üçün daşıdığı əhəmiyyəti belə açıqlayır:

… Darvinizmin qəbul edilməsi Allahın varlığının inkar edilməsi mənasını verirdi və nəticə etibarı ilə, Allahın vəhyinə əsaslanan dinin əvəzinə, təkamül naturalizminə əsaslanan yeni inanc formalaşdırıldı. Bu yeni inanc yalnız elmin yox, hökumətlərin, hüququn və əxlaqın da əsas inancını təşkil etdi, modernizmin təməl dini fəlsəfəsi hesab edildi. (Phillip E. Johnson, Defeating Darwinism Intervarsity Press, 1997, s. 99)

Bəs Filip Consonun da yuxarıdakı sözləri ilə ifadə etdiyi bu dinsiz fəlsəfənin tərəfdarlarının əsas məqsədi nədir?

Allahın varlığını və din əxlaqını inkar edən bir cəmiyyət yaratmaq istəyən materialistlər insanın qarşısında məsuliyyət daşıdığı bir varlığın olmadığını iddia edirlər. Öz yanlış inanclarına əsasən, insanın özbaşına və məsuliyyətsiz olmasını və heç kimə hesab vermək məcburiyyətində olmamasını istəyirlər.

Materialistlərin bu cahil istəyi materialist bir elm adamı tərəfindən belə ifadə olunur:

"İnsan kainatda anlama qabiliyyətinə və potensialına sahib olan yeganə varlıqdır. Amma şüursuz və ağılsız maddələrin məhsuludur. Belə ki, özü dünyaya gəlməyi bacarmış insan yalnız özü qarşısında məsuliyyət daşıyır.” (Corc Gaylord Simpson, Life of The Past:An Introduction to Paleontology, New Haven: Yale University Press, 1953)

Yuxarıda ifadə edilən fikrin nə qədər məntiqsiz olduğu ağıl və vicdan sahibi hər insanın asanlıqla başa düşəcəyi həqiqətdir. Bu sözlərin müəllifi olan materialist elm adamı insanın dünyaya gəlişinə özünün müvəffəq olduğunu iddia edir. Lakin, məlumdur ki, insan dünyaya gəlişinin heç bir mərhələsində iradə göstərməmiş və qərar vermək səlahiyyətinə də sahib olmamışdır. Allah insanı qüsursuz şəkildə var etmişdir. Amma tarix boyu materialist zehniyyətin özünü məsuliyyətsiz hiss etmək istəyi onu şüursuz və ağılsız maddələrdən şüurlu və ağıllı planlar gözləmək xülyasına salmışdır.

Həmçinin onu da xatırlatmaq lazımdır ki, dinsizlərin yuxarıda ifadə edilən başıboş və məsuliyyətsiz olmaq istəkləri yalnız XIX və XX əsrdə yaşayan materialistlərə və təkamülçülərə aid deyil. Allah keçmiş qövmlərin də eyni düşüncəyə sahib insanlar olduğunu Quranda belə bildirmişdir:

Bəlkə, insan özbaşına qoyulacağını güman edir? Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb, kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamə surəsi, 36-40)

Allah insanı bir damla sudan yaratmış, sonra isə, ayələrdə də bildirildiyi kimi, onu "nizam içində, kamil bir görkəmə " salmışdır. Yəni insanın öz varlığı haqqında qərar vermək səlahiyyəti yoxdur; çünki yaradılmışdır. Ancaq Allahın bu açıq-aşkar lütfünə baxmayaraq, bəzi insanlar, yuxarıdakı nümunədə olduğu kimi, öz iradələri ilə dünyaya gəldiklərini və "özbaşına" olduqları iddia edirlər.

Materialist fikir sistemlərinin və təkamül nəzəriyyəsinin "məsuliyyətsiz, özbaşına insan həsrəti" müasir dövrdə də cəmiyyətə, elm və fikir dünyasına hakimdir. Buna görə də mənəvi dəyərləri heçə sayan, cəmiyyətdəki sabitliyi və nizamı təmin edən bütün əxlaqi dəyərlərə qarşı mübarizə aparan bu yalnış inancın nəticəsi olaraq sürətlə əxlaqi degenerasiyaya məruz qalan nəsillər yetişdirilmişdir.

Bu gün elm materialist düşüncənin və təkamül nəzəriyyəsinin etibarsız olduğunu, heç bir elmi dəlilə əsaslanmadığını, hətta elmi kəşflərlə təkzib edildiyini açıq şəkildə göstərir. Lakin 150 il israrla davam etdirilən ictimai təlqin səbəbindən materialist düşüncə və təkamül nəzəriyyəsi hələ də bir çox insanlar tərəfindən sanki isbat edilmiş həqiqət kimi müdafiə olunur. Çünki bu inancın qabaqcılları Allahın varlığını inkar etmək, insanları din əxlaqından və hər cür mənəvi dəyərdən uzaq tutmaq üçün materializmə və təkamül nəzəriyyəsinə ehtiyac duyurlar. Əks təqdirdə, əllərində dinsizliyi təlqin edə biləcəkləri heç bir əsas qalmayacaq.

ELMİN TƏKZİB ETDİYİ NƏZƏRİYYƏNİ NİYƏ HƏLƏ DƏ MÜDAFİƏ EDİRLƏR?

Müasir dövrdə bir çox elm adamları elmi həqiqətlərə baxmayaraq, niyə hələ də təkamül nəzəriyyəsini və materializmi müdafiə etdiklərini açıq şəkildə etiraf edirlər. Məsələn, Filip Conson təkamül nəzəriyyəsinin müdafiəçilərindən və dövrümüzün qatı materialistlərindən olan Harvard Universitetindən genetikçi Riçard Levontinin (Richard Lewontin) məqsədini ifadə etdiyi cümləsinə bu şərhi vermişdir:

"Əsl problem insanlara ən yaxın ulduzun nə qədər uzaqda olduğunu göstərmək və ya hansı genlərin hansı məlumatı daşıdığı haqqında məlumat vermək deyil… Əsas problem insanların dünya ilə bağlı irrasional və fövqəltəbii açıqlamaları rədd etmələrini təmin etməkdir. İstər bəyənin, istər bəyənməyin, insanların öyrənməli olduqları budur: "Biz bütün fenomenləri maddələrin arasındakı maddi əlaqələrdən yaranan, maddi dünyada yaşayan, maddi varlıqlarıq." Başqa sözlə, insanlar Allahın varlığını inkar edən materializmə inanmalıdırlar… (Phillip E. Johnson, Objections Sustained, İntervasity, 1998, ABŞ, səh. 69-70)

Levontinin bu ifadələri materialist ideologiyanı müdafiə edənlərin, əslində, necə yalnış məntiqə sahib olduqlarını da göstərir. Çünki bu gün elmin ortaya qoyduğu həqiqətlər materializmin irəli sürdüyü iddiaların ağıl və məntiqə tamamilə zidd olduğunu sübut edir. Amma hər cür elmi dəlilə baxmayaraq, materialistlər kor-koranə bağlandıqları inanclarını qorumaqda qərarlıdırlar və bu yolda fəaliyyətlərini davam etdirirlər.

Sidney Universitetindən antropoloq dr. Maykl Volker (Michael Walker)  də təkamül nəzəriyyəsinə hansı məqsədlə xidmət edildiyini belə açıqlayır:

"Bir çox elm adamı və texnologiya mütəxəssislərinin Darvinin nəzəriyyəsini qəbul etməyinin tək səbəbinin bu nəzəriyyənin Yaradıcının varlığını rədd etməsi olduğunu qəbul etmək məcburiyyətindəyik." (Dr. Michael Walker, Quadrant, Oktyabr 1982, səh. 44)

Darvinizmin elmdənkənar iddialarını rədd edən tanınmış elm adamı Filip Conson (Phillip Johnson) isə darvinizmin elmin dinsiz liderləri üçün niyə "əvəzedilməz" əhəmiyyətdə olduğunu və niyə hər nə bahasına olursa olsun, onu qorumağa çalışdıqlarını belə izah edir:

"Müasir elmin liderləri, özlərini "dindarlara", yəni Yaradıcının varlığına inananlara qarşı aparılan mübarizənin öndərləri hesab edirlər… Darvinizm isə"dinə" qarşı aparılan bu mübarizədə əvəzedilməz ideoloji rol oynayır. Məhz bu səbəbdən bu gün elmi dairələr darvinizmi sınaqdan keçirmək yox, nə bahasına olursa olsun, qorumaq məqsədi güdürlər. Elmi araşdırmaların qaydaları da bu ideologiyanı təsdiqləyəcək şəkildə təyin edilir." (Phillip Johnson, Darvin on Trial, 2.b. Illinois: Intervarsity Press, 1993, səh. 155)

Materialist və ateist fəlsəfənin ən qabaqcıl müdafiəçiləri və bunları bütün dünyaya yaymağı özlərinə hədəf seçən "dinsizliyin öndərləri", Consonun da ifadə etdiyi kimi, öz ideologiyalarına guya elmi əsas təmin etdiyi üçün Darvinin təkamül nəzəriyyəsinə sahib çıxmışlar.

Eyni vəziyyət keçmişdə - təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı günlərdə də mövcud olmuşdur. Məsələn, dialektik materializmin qurucularından olan, din düşməni Fridrix Engels (Friedrich Engels) təkamül nəzəriyyəsinin öz müdafiə etdiyi fikirlər baxımından nə qədər mühüm olduğunu dəfələrlə ifadə etmişdir. Engels Darvinin "Növlərin Mənşəyi" adlı kitabını oxuduqdan sonra belə demişdir:

"Bizim nəzəriyyəmiz təkamülün nəzəriyyəsidir, əzbərlənəcək və mexaniki olaraq təkrarlanacaq doqma deyil." (K. Marks - Fridrix Engels, Seçilmiş Yazılar 2, 1870-1895, Sol nəşrləri, 1-ci nəşr, Oktyabr 1996, Ankara, Tərcümə: Yurdakul Fincançı, (Kitabın orijinalı Moskva 1975 çapı) (Marx and Engels Corespondence, International Publishers, 1968, Letter from Engels to Florence Kelley Wischnewetsky))

Dialektik materializmin digər məşhur nümayəndəsi Karl Marks (Karl Marx) isə yaxın dostu Fridrix Engelsə yazdığı bir məktubda darvinizm haqqındakı düşüncələrini belə ifadə etmişdir:

"Bizim düşüncələrimizin təbii tarix təməlini ehtiva edən kitab, bax, budur." (Conway Zirkle, Evolution, Marxian Biology and The Social Science, University of Pennsylvania Press, 1959, səh. 527)

Amerikalı botanika professoru Konvey Zirkl (Conway Zirckle)  isə kommunizmin qurucuları olan Marks və Engelsin darvinizmi niyə mənimsədiklərini aşağıdakı sözləri ilə açıqlayır:

" Darvinin "Növlərin Mənşəyi" adlı kitabı nəşr olanan kimi Marks və Engels təkamül nəzəriyyəsini mənimsədilər… Kommunizmin qurucuları üçün təkamül insanlığın fövqəltəbii qüvvənin müdaxiləsi olmadan necə ortaya çıxdığı sualının cavabı idi və beləliklə, dəstəklədikləri materialist fəlsəfənin təməllərini müdafiə etmək üçün istifadə edilə bilərdi. Üstəlik, Darvinin təkamülü şərh etmə tərzi, yəni təkamülün təbii seçmə müddəti ərzində inkişaf etdiyi nəzəriyyəsi onlara həmin vaxtadək hakim olan teoloji (dini) düşüncələrə etiraz etmə fürsəti verirdi. Təbii seçmə nəzəriyyəsi sayəsində elm adamları təbii dünyanı materialist terminologiya ilə izah etmək imkanı əldə etmiş olurdular." (Conway Zirkle, Evolution, Marxian Biology and The Social Science, University of Pennsylvania Press, 1959, səh. 85-86)

Bu ifadələrdən də açıq şəkildə göründüyü kimi, materialist dünyagörüşünə sahib olan Marks və Engelsin Darvini dəstəkləməsinin yeganə səbəbi dinə qarşı olan düşmənçilikləri idi. Əslində, elmi baxımdan heç bir dəyəri olmayan, yalnız Darvinin təxəyyülündən qaynaqlanan bəzi mexanizmlərə israrla sahib çıxmalarının səbəbi bu idi. Belə ki, Fridrix Engels kitabının birində Darvinin nəzəriyyəsini nə üçün əhəmiyyətli hesab etdiyini belə ifadə etmişdi:

"Darvin bütün təbii varlıqların, bitkilərin, heyvanların və insanın özünün milyonlarla ildir davam edən təkamül müddətinin məhsulu olduğunu sübut edərək metafizik təbiət düşüncəsinə ən ağır zərbəni vurdu." (Marx - Engels, Seçmə Əsərlər 3, Sol Nəşrləri, səh. 156)

Göründüyü kimi, Engels təkamül nəzəriyyəsinin yer üzündəki milyonlarla canlı növünün necə yarandığını açıqlaya bildiyini zənn edərək yanılmışdı. Lakin Darvinin nəzəriyyəsinin sübut edilmiş olduğunu güman edən və dövrünün elmi baxımdan geridə qaldığını göstərən yalnız Engels deyildi. Keçmişdə yaşamış kommunist və dinsiz liderlərin ən qəddarı kimi tanınan Stalin də avtobioqrafiyasında təkamül nəzəriyyəsinə verdiyi dəyərə belə diqqət çəkir:

"Məktəblərdəki şagirdlərimizin zehinini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara xüsusilə üç şeyi öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini." (Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/ke4vol/evolve/ndxng.html (Bu kitab yalnız internetdə nəşr olunmuşdur.))

Göründüyü kimi, materialist inanca sahib fikri cərəyanlarla Darvinin təkamül nəzəriyyəsinin ortaq cəhəti dinsizlikdir. Bu fikri cərəyanları müdafiə edənlərin yeganə məqsədi bütün insanlara Allahın varlığını inkar etdirməkdir. Allah Quranın "Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir." (Qəsəs surəsi, 41) ayəsində insanların inkar etməyi üçün cəhd edən bu rəhbərlərin varlığı bildirilir. (Ətraflı məlumat üçün baxın: Dinsizliyin "Oda çağıran" rəhbərləri hissəsi)

Lakin Allah başqa bir ayədə insanları inkara sürükləyənlərin qarşılaşacağı sona belə diqqət çəkir:

…Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq". (Ənam surəsi, 157)

Materializmin məğlub edilməsi dünyada gün keçdikcə daha çox yayılan dinsizliyin ortadan qaldırılması deməkdir. Bunun üçün insanlara maddənin əzəli və əbədi olmadığını, təkamül nəzəriyyəsinin elmi baxımdan tamamilə etibarsız olduğunu izah etmək lazımdır. (Baxın: "Maddənin ardındakı sirr" Harun Yəhya) Beləliklə, Allahın varlığını inkar edən bütün düşüncə sistemləri təməldən yox edilmiş olacaq.

Bu, materializmi gözləyən qaçılmaz sondur. Allahın ayələrin birində bildirdiyi kimi, "Şübhəsiz ki, bunların etiqad etdikləri (əqidə) məhvə məhkumdur, gördükləri işlər isə batildir". (Əraf surəsi, 139)

DARVİNİZMİN DİNSİZLİK ÜÇÜN ƏHƏMİYYƏTİ

Bəlkə də, bu sayta daxil olanların bəziləri darvinizm və materializm kimi fikirlərin dinsizliyin əsas qaynağı sayılmadığını, əksər insanların bu anlayışlardan xəbəri olmadığı halda, dinsiz, yaxud da dindən tamamilə xəbərsiz həyat sürdüyünü düşünə bilər. Bu fikir ilk baxışda doğru kimi görünsə də, yaşadığımız dövrə baxdıqda insanların çoxunun heç bir şey düşünmədən yaşadıqları görünür. Xüsusilə, gənclər arasında yalnız çoxlu pul qazanıb, əyləncəli həyat sürməyə əsaslanan, səthi mədəniyyət formalaşmışdır. Bu səthi mədəniyyətdə "mən necə var oldum, məni kim yaratdı" kimi suallara yer yoxdur. Bu insanlar nə onları Allahın yaratdığını düşünürlər, nə də azğın ideologiyalarının fərqindədirlər. Beyinlərini dolduran düşüncələr film ulduzlarının həyatı, pop müğənnilərinin qalmaqalları və buna bənzər tamamilə boş mövzulardır. Cəmiyyətin böyük əksəriyyəti də necə var olduqları kimi "dərin" mövzularla maraqlanmırlar. İnsanların bütün fikirləri "dolanışıq dərdi" və ya bənzər dünyəvi mövzular üzərində cəmlənmişdir.

Belə ki, cəmiyyətdə darvinizmə inanan, materialist fəlsəfəni şüurlu olaraq mənimsəyən insanlar heç vaxt çoxluq təşkil etmir. Bir çox insanların din əxlaqından uzaq yaşamasının səbəbi beyinlərinin boş olmasıdır. Məhz bu səbəbdən yuxarıda bəhs etdiyimiz "Darvinizm və materializm bu qədər əhəmiyyətlidir?" sualı yaranır. Amma əgər bu tablo daha yaxından araşdırılsa, əslində, dinsizliyə dayaq olan əsas ünsürün darvinizm olduğu görünər. Çünki darvinizmi mənimsəyən kütlə cəmiyyətin az qismini təşkil etsə də, həmin cəmiyyətə ideoloji baxımdan istiqamət verir. Məsələn, ABŞ-da aparılan ictimai araşdırmada cəmiyyətin yalnız 9%-nin ateist təkamülçü olduğu ortaya çıxmışdır. Amma bu 9%-lik qisim universitetlərdə, mediada, rəsmi elmi təşkilatlarda və ya film sənayesində hakim vəziyyətdədir. Cəmiyyətə istiqamət verən, təhsil siyasətini müəyyən edən və media yolu ilə xalqın şüurunu formalaşdıranlar əksərən sözügedən ateist təkamülçülərdir.

Diqqətli şəkildə baxıldıqda bir çox ölkələrdə də eyni vəziyyətin mövcud olduğu məlum olur. Burada diqqəti cəlb edən əsas məqam kommunist ideologiyanı müdafiə edənlərin düşüncə və mədəni sahələrdə göstərdikləri səydir. Məlumdur ki, bu gün kommunizm, bir neçə ölkə istisna olmaqla, siyasi sistem kimi çökmüşdür. Amma hələ də bəzi dairələr tərəfindən gündəmdə saxlanılır. Çünki kommunizmin fikri əsasını materialist fəlsəfə təşkil edir və materialist fəlsəfə hələ də yaşayır.

Kommunistlər də tez-tez "Marksın iqtisadi nəzəriyyəsində bəzi yanılmalar var idi, amma materializm yaşayır" mesajını verirlər. Bir çox ölkələrə baxdıqda kommunistlərin mədəni yöndən təşkilatlandıqları, incəsənət, elm, fəlsəfə kimi sahələrdə əsaslı təsir yaratdıqları görünür. Nəşriyyatların mühüm bir hissəsi onların nəzarətindədir. Kitab sərgilərində onların düşüncəsi ön plana çıxır. Böyük media quruluşlarına istiqamət verən, köşə yazarı olan insanların əsas hissəsi də "68 qurşağı" kimi tanınan və ya "köhnə tüfəng" adlandırılan marksist mənşəli kəslərdir. Bunlar kommunizmin iqtisadi cəhətdən çökdüyünü qəbul etmələrinə baxmayaraq, materialist fəlsəfəyə olan bağlılıqlarını davam etdirir və "din xalqın tiryəkidir" deyə düşünürlər.

Darvinizm məhz bu cür insanların dinidir. Darvinizmə kor-koranə inanır və əllərindəki imkanlardan istifadə edərək bu nəzəriyyəni yaşatmağa çalışırlar. Cəmiyyətin böyük hissəsi "mən necə var oldum?" sualı üzərində düşünmədən, boş zehinlə yaşaya bilər. Amma bir az əvvəl bəhs etdiyimiz kommunist təşkilatlanma səbəbindən bu sualı düşünən insanların çoxu darvinizmlə aldadılır.

Gənclər universitetdə darvinist müəllimlərin təlqininə məruz qalır, kitab sərgisini gəzdikdə darvinist və ateist kitablarla qarşılaşır, incəsənət qalereyasına və ya teatr tamaşasına getdikdə yenə eyni mesajlarla üz-üzə gəlirlər. Beləliklə, təhsilli və elit təbəqəni öz təsiri altına salan, dinsiz mədəniyyət formalaşır. Darvinizm isə bu mədəniyyətin ən böyük dayağıdır. Bu sehrin təsirinə düşənlər darvinizmi elmi həqiqət zənn edir, din əxlaqını isə "xalqın ənənəvi inancı" hesab edirlər. Belə ki, Quranda inkarçılara "Rəbbiniz nə endirdi?" deyildikdə "köhnələrin nağılları" (Nəhl surəsi, 24) cavabını verdikləri bildirilir. Halbuki din əxlaqının yaşanması insanın Yaradıcımız olan Allaha yönəlməsidir, Rəbbimizin bildirdiyi, haqq olan həqiqətdir. Amma darvinizm vasitəsilə aldadılan insanlar bu gerçəyi qavraya bilməyəcək qədər şüursuzlaşmışlar. Din əxlaqından uzaq bu mədəniyyətin aradan qaldırılması üçün darvinizmin və materialist fəlsəfənin elmi üsulla yox edilməsi zəruridir.