Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

DİNSİZLİYİN "ODA ÇAĞIRAN" RƏHBƏRLƏRİ

Quranda tarix boyu insanları haqq yoldan ayıran, onlara Allahı və dini inkar etməyi əmr edən, zalım rəhbərlərin olduğundan bəhs edilir. Allah ayələrin birində bu insanları "oda çağıran rəhbərlər" (Qəsəs surəsi, 41) adlandırır. Bu xarakter Quranda xəbər verilən hz. Musa qissəsində Firon adı ilə qarşımıza çıxır. Lakin bu zülmkar xarakterə tarixin hər dövründə rast gəlmək mümkündür. Dinsizliyin rəhbəri olan bu insanların, demək olar ki, hamısı insanlara qarşı eyni zalımlıqları etmiş, eyni üsullarla dindən uzaqlaşdırmış və həm dünyada, həm də axirətdə fəlakətə sürükləmişlər.

Əsrimizdə Firona bənzəyən şəxslərdən Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Cozef Stalin və Mao Zedong, onların ideoloji liderləri Karl Marks və Fridrix Engels, bütün Avropanı qana qərq edən, mərhəmətsizliyi ilə tanınan Adolf Hitler kimi dinsiz və zalım liderlərin adını qeyd etmək olar. Çarlz Darvin isə irəli sürdüyü təkamül nəzəriyyəsi ilə bu qəddar liderlərin fikirlərini bəsləyən və dinsizliyə fərqli istiqamətdən rəhbərlik edən şəxsdir.

Quranda xəbər verildiyi kimi, tarix boyu Allahın elçiləri və saleh möminlər öz təbliğ vəzifələrini yerinə yetirdikdə həmişə zülmkar xarakterli liderlərlə qarşı-qarşıya dayanmışlar. Buna görə də elçilər göndərildikləri cəmiyyətlərə qarşı yox, cəmiyyəti öz təsiri və hakimiyyəti altında saxlayan "diktator" xarakterli rəhbərlərə qarşı fikri mübarizə aparmışlar. Çünki dinsizliyin liderlərini razı salmaq və ya fikirlərini təsirsiz hala gətirmək onlara inanan cəmiyyətləri də razı salmaq deməkdir. Məhz bu səbəbdən elçilər əvvəlcə qövmün rəhbərləri ilə görüşmüş, onlara öz düşüncələrini bildirmişlər. Ayələrdə hz. Musanın din əxlaqını izah etmək üçün əvvəlcə Firona göndərildiyi bildirilir:s

Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular.Halbuki Fironun əmri doğru (yol göstərən) deyildi. (Hud surəsi, 96-97)

Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına (elçi) göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu. (Əraf surəsi, 103)

Bu səbəbdən dinsizliklə mübarizədə rəhbərlər mühüm yer tutur. Daha əvvəl qeyd etdiyimiz kimi, bu gün dinsizliyin əsas cəbhəsi materializmə əsaslanan kommunizm, anarxiya kimi sistemlər və bütün dinsiz ideologiyaların təməli olan təkamül nəzəriyyəsidir. Bu fikri cərəyanların və təkamül nəzəriyyəsinin ideoloji liderləri müasir dövr dinsizliyinin başlıca rəhbərləridir. Həmin liderlərin hal-hazırda yaşamaması da təsirlərini aradan qaldırmamışdır. Onların insanlar üzərindəki mənfi təsiri hələ də davam edir və müəyyən çevrələr tərəfindən mühafizə edilir. Elə isə dinsizliklə mübarizədə bu rəhbərlərin gerçək üzlərinin və məqsədlərinin ortaya çıxarılması çox vacibdir. Bu mövzunun əhəmiyyətinin daha yaxşı başa düşülməsi üçün "oda çağıran" dinsiz rəhbərlərin bəzi xüsusiyyətlərinin və üsullarının Qurandan və əsrimizdən nümunələr verərək araşdırılmasında fayda var.

DİNƏ DÜŞMƏN OLMALARI VƏ ZOR TƏTBİQ EDƏRƏK XALQIN İMAN GƏTİRMƏSİNƏ MANE OLMALARI

Materializmi mənimsəyən və siyasi sistemlərini materializm əsasında quran Lenin, Stalin, Troçki və Mao kimi rəhbərlərin ən böyük hədəfi dini yox etmək olmuşdur. Kommunizmin ideoloji lideri Karl Marksın bu sözləri, əslində, materialistlərin dinə münasibətinin xülasəsidir:

“Din xalqın tiryəkidir… Xalqın aldadıcı xoşbəxtliyi olaraq dinin aradan qaldırılması xalqın gerçək xoşbəxtliyinin bəyan etdiyi tələbdir.” (K. Marx, Friedrich Engels, Din Üzərinə, səh. 38)

Marks, Engels və Leninin yazılarının olduğu "Anarxiya və Anarko Sendikalizm" adlı kitabda isə kommunizmin dinə göstərməli olduğu münasibət belə açıqlanır:

“Marksizm materializmdir. Bu xüsusiyyəti ilə XVII əsr ensiklopediyaçılarının materializmi ya da Feyerbaxın materializmi qədər qatı din düşmənidir. ... Amma Marks və Engelsin materializmi materialist fəlsəfəni tarixə və ictimai elm sahələrinə tətbiqdə ensiklopediyaçılardan və Feyerbaxdan daha irəli getmişdir. Dinə etiraz etməliyik. Bu, materializmin, habelə marksizmin əlifbasıdır. Amma marksizm əlifba ilə kifayətlənən materializm deyil. Marksizm daha irəli gedir. Deyir ki: Dinə qarşı mübarizəni bilmək lazımdır; bunun üçün də kütlələrə inancını və dinlərin qaynağını materialist tərzdə açıqlamaq lazımdır.” (Marx, Engels, Lenin, Anarxiya və Anarko Sendikalizm, səh. 282)

Bu sözlərlə ifadə olunan və Marksla alovlanan din düşmənçiliyi bütün kommunist rejimlərin ortaq xüsusiyyətinə çevrilmişdir. Marksın ömrü bu azğın xəyalını reallaşdırmağa kifayət etməsə də, Lenin onun pis mirasına sahib çıxaraq, dinə düşmən olan rejim qurmuşdur. Stalin isə bu zalım rejimi ən yüksək həddə çatdırmışdır.

Bu məqsədlə Rusiya və Çində baş verən kommunist inqilab zamanı məscidlər və ibadətgahlar bağlanmış, kommunist qiyama qarşı çıxanlar vəhşiliklə qətlə yetirilmişdi. Məsələn, dünya tarixinin ən qanlı qətliamlarını törədən Cozef Stalin 20 milyondan çox insanı öldürtmüşdü. Stalin: "On minlərlə insanın ölüm əmrini imzalayıb, sonra da şirin yuxuya getmək. Ən sevdiyim şey budur." deyəcək qədər qəddar xarakterə sahib idi. 9 milyon əhalisi olan ölkədə 3 milyon insanı qətlə yetirən Kambocanın kommunist diktatoru Pol Pot da Stalin kimi dinsizliyin insanlara qarşı törətdiyi vəhşiliklə tanınan rəhbərlərindəndir. Albaniyanın kommunist lideri Ənvər Xoca isə ölkəsində hər cür dini inanc və ibadəti ağır cəzalarla qadağan etmiş və "dünyanın tamamilə ateist olan ilk dövlətini qurduğunu" elan etmişdi.

Bu liderləri dinə nifrətləri, mərhəmət, sevgi və şəfqətdən uzaq xarakterləri ilə "XX əsrin fironları" adlandırmaq mümkündür. Çünki Firon da iman gətirənləri cəzalandırır, onlara müxtəlif işgəncələr verirdi. Quranda Fironun zülmkar xarakteri belə xəbər verilir:

Firon və onun əyanları tərəfindən onlara işgəncə veriləcəyindən qorxaraq, Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Çünki Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi, 83)

(Firon) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib, xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz." (Taha surəsi, 71)

(Firon) dedi: "Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib, hamınızı çarmıxa çəkdirəcəyəm". (Şuəra surəsi, 49)

DİNSİZLİYİ MÜDAFİƏ EDƏNLƏR "ATALARININ DİNİNƏ" TABE OLURLAR

Qətliamlar törədən, qadın, uşaq demədən insanları qəddarlıqla öldürən diktatorların arxasınca bu qədər çox insanın getməsi düşündürücüdür. Ancaq bu vəziyyət təkcə bizim əsrimizdə baş verməyib. Quranda öz azğın inanclarından heç cür əl çəkməyən insanlardan bəhs edilir və bu inanclar üçün "ataların dini" ifadəsi işlədilir. İnkarçılar nə vaxt Allahın dininə tabe olmağa dəvət edilsələr, elçilərə öz dinlərini tərk edə bilməyəcəklərini, ata-babalarının bu din üzrə yaşadıqlarını demişlər. Bu ayələrdən bəziləri belədir:

Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla gedəcəyik!"– deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yola yönəlməyiblərsə, necə? Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey eşitməyib, (bağırdığı və ya eşitdiyi şeyin mənasını bilməyən və) çığıran (heyvanın) məsəlinə bənzəyir.Onlar kar, lal və kordurlar; buna görə də (haqqı) anlamazlar. (Bəqərə surəsi, 170-171)

Dini və mənəvi dəyərləri rədd edən hazırkı inkarçıların vəziyyəti yuxarıdakı ayələrdə açıq şəkildə ifadə edilir. Onların mənimsədikləri dinlər də, əslində, "dinsizliyin dinləri"dir. Belə ki, bu dövrün dinsizləri atalarının, yəni Çarlz Darvinin, Leninin, Stalinin və Maonun bu dinə inanıb, onun ilahlarına ibadət etdiklərini bildikləri üçün inanclarından heç cür əl çəkmirlər. Onların ataları canlılığın cansız maddələrdən meydana gəldiyinə, yer üzündəki bütün canlıların təsadüflər nəticəsində bir-birindən törədiyinə, hər şeyi yoxdan var edən Yaradıcının olmadığına inanırdılar. Bu fikri müdafiə edənlər təsadüflərin və təbiətin Yaradıcı olduğuna, ağlı və şüuru olmayan bu iki qüvvənin şüurlu və ağıllı seçimlər edə bildiyinə, maddənin mütləq, əzəli və əbədi olduğuna dair batil inanca sahib idilər.

İndiki dövrdə də "atalarının dini"nə tabe olan bəzi insanlar düşünmədən elmi cəhətdən əsassızlığı dəfələrlə isbat olunuş bu cəfəngiyyatlara inanırlar. Hətta iddialarının mənasını da qavramadan, böyük həvəslə jurnallarında, qəzetlərində nəşr edərək, mitinqlərində şüarlarla çıxış edərək müdafiə edirlər. Çünki ataları bu azğın inancı onlara miras qoymuşdur.

Allah Quranda "Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan qövümdürlər." (Zariyat surəsi, 53) ayəsi ilə inkarçıların bir-birinə küfrü miras qoyduqlarına diqqət çəkir.

Bu fanatik düşüncəli insanların çoxuna kitablarla dolu elmi sübut təqdim edilsə də, fikirlərinin yanlışlığı şifahi, yazılı - müxtəlif yollarla izah edilsə də, öz inanclarından əl çəkmirlər. Çünki kor-koranə atalarının dininə bağlanmış, buna görə də ağıl, qavrama və mühakimə qabiliyyətlərini itirmişlər. Bu səbəbdən kiçik bir uşağın belə asanlıqla görə bildiyi həqiqətləri görmürlər.

Allah inkarçıların görmə və qavrama qabiliyyətlərini itirdiklərini Quranda belə xəbər verir:

And olsun, Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

ATALARININ SAXTAKARLIQLARININ GÖSTƏRİLMƏSİ

Materialist və təkamülçülərin "atalarının dininə" bağlılıqdakı fanatik mövqelərindən xilas ola bilmələri, insanların bu azğın anlayışların təsirindən çıxa bilmələri üçün əvvəlcə dinsizliyin liderlərinin əsl şəxsiyyətləri və məqsədləri ortaya qoyulmalıdır. Bunun ən effektiv yolu isə bu şəxslərin müdafiə etdikyi fikirlərin, əslində, elmə və ağıla tamamilə zidd olduğunu dəlillərlə isbat etməkdir. Həmçinin nümunə olaraq qəbul etdikləri bu liderlərin gözlərində böyütdükləri kimi idealist düşüncəli adamlar və qəhrəmanlar olmadıqları, hətta dünyanı qaranlığa qərq edən əxlaqsızlıqları ilə məşhur şəxslərə çevrildikləri və irəli sürdükləri fikirlərin ağıllı insan tərəfindən qəbuledilməz olduğu göstərilməlidir.

Quranda “oda çağıran rəhbərlər” olaraq bildirilən azğın insanların yolu ilə gedənlər bu həqiqəti heç vaxt unutmamalıdırlar: Bu gün həyatda olmayan Lenin, Stalin, Darvin, Mao, Marks, Engels və digərləri ölüm mələyi canlarını alarkən həqiqətləri anlamışlar. Hamısı bütün qüdrətin Allaha məxsus olduğunu, insanların məsuliyyətsiz və özbaşına buraxılmadıqlarını, onları yoxdan var edən Allaha boyun əydiklərini, ölümün son olmadığını, əksinə ölümdən sonra onlar üçün çətin hesab və sonsuza qədər davam edən əzabın gəldiyini və bundan əsla xilas ola bilməyəcəklərini görmüşlər.

Həmin insanların yolu ilə gedənlər bu gün həqiqətləri qəbul etməyə bilərlər. Lakin ölüm mələyi "kürəklərinə və üzlərinə vura-vura" canlarını alarkən, eynilə Firon və ilahlaşdırdıqları liderləri kimi, onlar da bu böyük həqiqətləri açıq-aydın anlayacaqlar. Ancaq o zaman çox gec olacaq; Quranda bildirildiyi kimi, nə yalvarmalarının, nə geri qayıdaraq etdiklərini düzəltmə istəklərinin faydası olacaq. Onları cəhənnəm oduna sürükləyən liderlərinə lənət oxuyacaq, ən şiddətli əzabla cəzalandırılmalarını istəyəcəklər. Onlara kor-koranə tabe olduqları və Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçiləri dinləmədikləri üçün peşman olacaqlar. Allah bu insanların dinsizliyin dinini tərk etmədikləri halda axirətdə qarşılaşacaqları vəziyyəti Quranda belə bildirir:

Kafirlər dedilər: "Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə inanacağıq." Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb, bir-birinə söz qaytardıqları zaman görəydin. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: "Əgər siz olmasa idiniz, biz mömin olardıq. Təkəbbür göstərənlər də zəiflərə belə deyərlər: "Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz. Zəiflər də təkəbbür göstərənlərə deyərlər: "Xeyr! Siz gecə-gündüz hiylələr quraraq, bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz."Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər.Kafirlərin boyunlarına zəncirlər vurduq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar. (Səba surəsi, 31-33)

(Kafirlərin başçılarına deyiləcək): "Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. Onlara salam yoxdur. Şübhəsiz ki, onlar odda yanacaqlar.” (Tabe olanlar) deyəcəklər: "Xeyr, sizin özünüzə salam yoxdur. Bunu (əzabı) bizə siz təqdim etdiniz. Ora necə də pis məskəndir!” Onlar deyəcəklər: "Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını odda ikiqat elə! (Günahkarlar) deyəcəklər: "Bizə nə olub ki, (dünyada ikən) pis adamlar hesab etdiyimiz insanları burada görmürük? Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda,) gözə dəymirlər? Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi həqiqətdir. (Sad surəsi, 59-64)

Biz onlara (fasiq) yoldaşlar qoşduq və (bu dostlar) onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar. Kafirlər: "Bu Qurana qulaq asmayın, (oxunarkən) hay-küy salın. Bəlkə, qalib gələsiniz"– dedilər. Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq. Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri səbəbindən orada onları cəza yeri kimi əbədi yurd gözləyir. Kafirlər deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb, yerlə yeksan edək.” (Fussilət surəsi, 25-29)

Allah iman gətirən, həyatını din əxlaqını izah edərək, Quran əxlaqını yaşayaraq və yaşatmağa çalışaraq keçirən qulları üçün isə belə müjdə verir:

Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib, sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada nəfsinizin arzuladığı və istədiyiniz hər şey sizindir. Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi." (İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl sözlü kim ola bilər? (Fussilət surəsi, 30-33)

NƏTİCƏ

İnsan həyatı boyu "dinsizliyin dininə" uyğun yaşamış, hətta din əxlaqının əleyhinə olmuş ola bilər. Ancaq əgər bu insan səmimi şəkildə düşünüb, vicdanının səsini dinləsə, Quranın hökmlərinin nə qədər doğru, açıq və asan olduğunu görəcək. Tövbə etdiyi təqdirdə Allahın bütün keçmiş günahlarını bağışlamasını ümid edə biləcək. Unudulmamalıdır ki, heç bir lider insana şəfaət edə bilməz; heç kim Allahın hüzurunda başqasına fayda verə bilməz. İnsanların tək Vəlisi, yeganə dostu və qoruyucusu aləmlərin Rəbbi olan Allahdır. Allah bu açıq həqiqəti qavrayan insanlarla bağlı ayələrdə belə buyurur:

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan (Allaha) çağırıram. Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər. (Mömin surəsi, 42-43)