MƏSULİYYƏTİ DƏRK ETMƏK
Bu saytda izah edilənlər, oxuyanların "dinsizliyin dinləri"nin yaratdığı ciddi təhlükələri görmələri və öz üzərlərinə düşən böyük məsuliyyəti bilmələri məqsədiylə yazılmışdır. Yaxşılığı əmr edib, pislikdən çəkindirmək bir-birlərinin vəliləri olan möminlərə Allahın əmr etdiyi vacib bir ibadətdir. Saytdakı yazılarda bu şərəfli məsuliyyət xatırladılmışdır. Bu xatırlatmanı eşidən və ya oxuyan şəxsin qarşısında iki variant vardır: Bunlardan birincisi "necə olsa bir edən olacaq" deyə düşünüb laqeyq yanaşmaq, ikincisi isə bu Allahın ona verdiyi məsuliyyəti dərk edərək dərhal hərəkətə keçməkdir.
Bunun üçün peyğəmbərlər və saleh möminlər inananlar üçün gözəl bir örnəkdir. Quranda peyğəmbərlərin həyatı haqqındakı qissələrdə onların və onlarla bərabər olan saleh möminlərin hamısının dinsizliklə fikri olaraq mübarizə apardıqları, dinsiz axınları yox etmək üçün tarix boyu insanlara Allahın birliyini izah etmək üçün cəhd etdikləri bəhs olunur. İnsanlarla xəbərdarlıq etmək üçün bir çox yolu sınamışlar və bu yolda heç bir maneə onları dayandıra bilməmişdir. Bu müqəddəs insanların dinsizliklə mübarizədəki əzmləri, qətiyyət və qərarlılıqları, səbrləri və cəsarətləri bütün inananlara nümunə olmalıdır.
Yaxın tarixdə yaşamış və həyatı möminlərə gözəl örnək olan bir çox İslam alimi də vardır. Məsələn Bədiüzzaman Səid Nursi çox çətin şərtlər altında, hər cür fədakarlığı göstərərək dinsizliyin dinləri ilə mübarizə aparmış, dövlətini və millətini bu təhlükədən qorumaq üçün canı və malı ilə böyük cəhd göstərmiş mübarək bir şəxsiyyətdir. Və Bədiüzzamanın bu sözləri vicdan və ağıl sahibi bütün insanlara "dinsizliyin dinləri ilə mübarizə" aparmaq üçün böyük bir şövq verəcək:
"Bir tək məqsədim var: O da məzara yaxınlaşdığım bu zamanda, İslam məmləkəti olan bu vətəndə bolşevik bayquşlarının səsini eşidirik. Bu səs, aləm-i İslamın iman əsaslarını zədələyir. Xalqı, xüsusilə gəncləri imansız edərək özünə bağlayır. Mən bütün mövcudiyyətimlə bunlarla mübarizə apararaq gəncləri və müsəlmanları imana dəvət edirəm. Bu imansız kütləyə qarşı mübarizə aparıram. Bu mübarizəm ilə inşaAllah Allahın hüzuruna getmək istəyirəm. Məni bu məqsədimdən saxlayanlar da, qorxuram ki, bolşevikler olsun! Məni sərbəst buraxın. Kommunizmlə zəhərlənən gənclərin islahına və məmləkətin imanına, Allahın birliyinə xidmət edim". (Risale-i Nur Külliyatı II, Şüalar, Nəsil Nəşrləri, s. 427)
Bu sətirləri oxuyan vicdanlı hər insan bir an əvvəl hərəkətə keçməli və vicdanının səsini dinləyərək özünə xidmət üçün yollar axtarmalıdır. Allah, iman edən və digər insanları da imana dəvət edən qulları ilə, yalnız "iman etdim" deyən, amma bu imanın tələb etdiyi mübarizədən qaçanları ayıracaq. Bir ayədə;
"insanlar, (yalnız) "İman etdik" deyərək, sınanmayacaqlarınımı zənn etdilər?" (Ənkəbut surəsi, 2)
buyurulur. Bir başqa ayədə isə dinsizliklə mübarizə aparmadan həqiqi imanın və cənnətin əldə edilə bilməyəcəyi belə bildirilir:
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142)
|