Content on this page requires a newer version of Adobe Flash Player.
Content on this page requires a newer version of Adobe Flash Player.
Content on this page requires a newer version of Adobe Flash Player.
Content on this page requires a newer version of Adobe Flash Player.
Content on this page requires a newer version of Adobe Flash Player.
Content on this page requires a newer version of Adobe Flash Player.
Content on this page requires a newer version of Adobe Flash Player.
DİNSİZLİYİN DİNİ NƏDİR?
Saytın adını oxuduğunuz zaman bəlkə də özünüzə "Dinsizliyin Dini" nə deməkdir deyə soruşa bilərsiniz. Çünki, bir çox insana görə din anlayışı yalnız Allahın vəhyinə söykənən müqəddəs dinləri əhatə edir. Və ya "batil" din olaraq bilinən bir qisim inanclar vardır ki; bunlar da Buddizm, Hinduizm kimi təlimlərdir. Dinsizlik isə, adından da aydın olacağı kimi, din əxlaqını tamamilə rədd edən, Allahın varlığını inkar edən bir anlayışdır.
Lakin, bu an dünya üzərində "din" olaraq adlandırılmayan, amma əslində sanki bir dinmiş kimi mənimsənən başqa inanc sistemləri də mövcuddur. Belə ki,biz bu saytda dünya üzərində hakim olan materializm, kommunizm kimi ideologiyaları, bunların özlərinə sözdə elmi dayaq olaraq gördükləri Darvinizmi və bunların xaricində də dinsizliyə söykənən bütün sistemləri "dinsizliyin dinləri" olaraq təyin etdik. Çünki, bu ideologiyalar inanclarıyla, tətbiqləriylə, gündəlik həyata yönələn qaydalarıyla dinsiz bir din halını almışlar. Hər birinin sanki ilah olaraq gördükləri öndərləri, hər bir sözünü əzbərdən bildikləri və əsla dəyişdirilə bilməyəcək bir gerçək olaraq qəbul etdikləri kitabları vardır. Bu saxta dinlər çox böyük bir sürətlə yayılmaqda, tərəfdarlarının sayı gündən günə artmaqdadır. Çünki, bunların arxasından gedənlər "dinsizliyin dini"ni hakim etmək üçün çox ciddi bir səy göstərirlər. Kitablar yazaraq, məqalələr nəşr edərək, davamlı bu batil dinlərin təbliğini edərək haqq dinə qarşı mübarizə aparırlar.
Dinsizlik dinini müdafiə edənlərin qarşılarındakı ən böyük problemlər isə Allahın inanan qullarına bir rəhbər olaraq endirdiyi vəhyi, yəni Qurani Kərim və Peyğəmbər Əfəndimizin (s.ə.v) sünnəsidir. Quranda, sözünü etdiyimiz batil dinlərə qarşı aparılan mübarizə təsvir edilməkdə və bu şərəfli vəzifə inananlara verilməkdədir.
Bu məsəslədə Allahın vəhyinə tabe olan səmimi müsəlmanların üzərinə çox böyük bir məsuliyyət düşməkdədir. Bu batil dinlərin etibarsızlığını izah etmək xidmətini üzərinə götürəcək, bu yolda çox ciddi bir şəkildə səy sərf edəcək, əlindəki bütün imkanları bu yolda istifadə edəcək inanclı kəslərə ehtiyac duyulmaqdadır.
Keçdiyimiz 20-ci əsrdə və içində yaşadığımız dövrdə, dinsizlik dini bəlkə də tarixdə ilk dəfə bu qədər çox yayılma imkanı tapmışdır və bu dinə bağlı olanlar da Allahın Quranda bildirdiyi kimi "haqqı batil dəlilləri ilə aradan qaldırmaq üçün" (Kəhf Surəsi, 56) mübarizə aparmaqdadırlar. Bu səbəblə də, xüsusilə bu dövrdə, Quranda təsvir edilən bu şərəfli mübarizədə iştirak etmək, dinsizliyin dininin bütün dayaqlarını fikri mənada etibarsız etmək çox böyük bir əhəmiyyət daşımaqdadır. Allah bu şərəfli vəzifəni boynuna götürən qullarına çox əhəmiyyətli bir müjdə də vermişdir. Quranda, "Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər.Bir anda batilin yox olub getdiyini görərsiniz.Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!" (Ənbiya Surəsi, 18) ayəsində xəbər verildiyi üzrə, batil mütləq yox olacaq.