![]() |
|
MATERİALİZMİN MEYDANA GƏTİRDİYİ SAXTA DİNLƏR Əvvəlki hissədən də gördüyümüz kimi, insanları din əxlaqını yaşamaqdan uzaqlaşdıran, mənəvi dəyərlərinə zərər vuran ən təhlükəli fikir cərəyanlarından biri materializmdir. Hal-hazırda cəmiyyətlərin böyük bir hissəsi fərqində olsalar da, olmasalar da, materialist dünyagörüşünün təsiri altındadırlar. Lakin mühüm bir məqamı da qeyd etmək lazımdır. Allahın varlığını açıq şəkildə inkar etmək materialist dünya görüşünə sahib olmağın yeganə göstəricisi deyil. İnsanların böyük əksəriyyəti Allahın varlığını qəbul etsə də, materialist dünyagörüşünə sahibdir. Bu cür yanlış düşüncəyə sahib olan insanlar haqqında Quranda bir çox ayələr var. Bu ayələrin bəzilərində belə buyurulur: De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri
çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə
olduğu halda) (Allahdan) qorxmursunuz?” O sizin gerçək Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə
qalır? Siz necə də (haqdan) döndərilirsiniz!” (Yunus surəsi, 31-32) Yuxarıdakı ayələrdən də göründüyü kimi, bu insanlardan inancları barədə soruşduqda Allaha və dinə inandıqlarını deyirlər. Lakin Allahın qüdrətini lazımi qədər qiymətləndirə bilmir, başqa varlıqları Ona şərik qoşurlar. Bu insanlar haqq dindən uzaq dünyagörüşünün formalaşdırdığı saxta dinlərə mənsubdurlar. Keçmişdə olduğu kimi, hal-hazırda da insanların bir hissəsi Allahın vəhyinə əsaslanan gerçək dinə yox, dinsizliyin meydana gətirdiyi saxta dinlərə tabe olmuşlar. Bəhs etdiyimiz insanlardan əlavə, Allahı və axirəti açıq şəkildə inkar edən kəslər də var. Bunlar
digər insanların da onlar kimi inkar etməsi üçün çalışırlar. Bir çoxu materializm və təkamül nəzəriyyəsinin
tərəfdarı olan bu insanlar digər insanlara da öz inanclarını təlqinlər edirlər. Lakin materialistlər Allahın
varlığını bilən, amma gücünü təqdir edə bilməyən din anlayışınının mövcud olduğu cəmiyyətlərə ateizmyönlü
cəmiyyətlərdən fərqli üsullar tətbiq edirlər. Materialistlər hər cəmiyyətə uyğun formalaşdırdıqları yeni dinlər və
maddəçiliyə əsaslanan təlqinlərlə insanları Allahın elçiləri vasitəsilə nazil etdiyi haqq dinlərdən uzaqlaşdırmağa
çalışırlar. 20-Cİ ƏSRİN BÜTPƏRƏSTLƏRİ
Allah Quranda Ondan başqa varlıqlara ibadət edən, cansız bütləri ilah qəbul edən insanlardan və
elçilərinin bu insanlarla olan mübarizəsindən bəhs edir. İnsanların çoxu keçmişdəki cansız bütlərə sitayiş edən bu
cəmiyyətlərin ibtidai həyat tərzi yaşadıqlarını, buna görə də belə din anlayışına sahib olduqlarını zənn edirlər.
Hətta hal-hazırda yaşayan bəzi geridə qalmış Afrika qəbilələrinin totemlərə sitayiş etmələrini də həmin
cəmiyyətlərin ibtidai həyat tərzi ilə əlaqələndirirlər. “Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası
olmayan şeylərə sitayiş edirsən?” (Məryəm surəsi, 42) Ayələrdə də bildirildiyi kimi, hz. İbrahimin atası və qövmü öz əlləri ilə düzəltdikləri, heç bir şey
yaratmağa gücü çatmayan, cansız maddələri ilah hesab edirdilər. Bir varlığı ilah olaraq qəbul etmək həmin varlığın
yaratmaq, ruzi vermək, bərəkət vermək, şəfa vermək, əzab vermək, təbiət hadisələrini idarə etmək kimi
xüsusiyyətlərin hamısına və ya bir qisiminə sahib olduğunu qəbul etmək deməkdir. Hz. İbrahimin dövründə ibtidai
inanca sahib olan bütpərəstlər öz əlləri ilə düzətdikləri, cansız heykəllərin bu xüsusiyyətlərə sahib olduqlarını
iddia edir və onların qarşısında baş əyir, ibadət edirdilər. MÜASİR CƏMİYYƏTLƏRDƏ MÖVCUD OLAN BÜTPƏRƏST İNANC Bütpərəstlər daşdan, taxtadan oyulmuş, cansız, danışa bilməyən, bir sözlə, heç bir şeyə qadir olmayan
heykəllərin güc sahibi olduqlarını iddia edirdilər. Hətta bu bütlərin kainatı yaratdığına və kainatdakı bütün
hadisələri idarə etdiyinə inanır, buna görə də onlara sitayiş edir, sağlamlığı, bərəkəti və ruzini onlardan
istəyirdilər.
Qatı darvinist olan fransız zooloq Pier Paul Qrase (Pierre Paul Grassé) təkamülçülərin və
materialistlərin bu gizli ilahlarını belə açıqlayır: TƏKAMÜLÇÜLƏRİN SAXTA İLAHLARI: ŞÜURSUZ ATOMLAR Üstündə yeridiyiniz daş, torpaq, beton və ya asfalt, oturduğunuz kreslo, tənəffüs etdiyiniz hava,
yediyiniz yeməklər, orqanizminizin 2/3-dən çoxunu təşkil edən su, bədəninizin içərisində və xaricində mövcud olan
canlı-cansız hər şey atomlardan təşkil olunmuşdur. Həmçinin kainatı meydana gətirən ulduzlar, qallaktikalar,
günəşlər və yaşadığınız dünya da eynilə sizin kimi atomlardan ibarətdir. Gəzdiyiniz hər yerdə, yaşadığınız şəhərin
hər binasında, tozunda, havasında atomlar vardır. ![]() Bu iddiaya görə, atomların qeyri-adi qabiliyyətləri də var; bu atomlar atomlardan ibarət olan yeməkləri yeyir, dadını hiss edir, atomlardan əmələ gələn gülün qoxusundan zövq alırlar. Həmin atomlar olduqları məkanın temperturunu hiss edir, maqnitofondan çıxan səs dalğalarını dinləyib, musiqinin ritmini tuta bilirlər. Təkamülçü iddiaya görə, çoxlu sayda atom bir araya gəldikdə düşünə, darıxa, sevinə və ya kədərlənə bilər. Komediya filmi izləyib, qəhqəhələrlə gülə bilər. Beləliklə, aydın olur ki, keçmiş qövmlərin taxtadan, daşdan hazırladığı bütlərlə atomlar arasında heç bir fərq yoxdur. Keçmiş qövmlərin taxta parçalarının müəyyən güclərə sahib olduğunu iddia etdikləri kimi, təkamülçülər də şüursuz atomların eyni güclərə sahib olduğunu deyirlər. Halbuki kainatda mövcud olan heç bir şeyin təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi, sonsuz bir şüur və iradənin varlığı ilə yarandığı açıq həqiqətdir. İstər insanın, istərsə də təbiətin hər bir detalında çox böyük bir ağılın və elmin təzahürü görünür. Bu elmin və ağılın sahibi göylərin və yerin Rəbbi olan Allahdır. Allah heç bir gücü olmayan bütlərə sitayiş edən qövmlərin əməllərinin boşa çıxacağını və tutduqları yolun "məhv olacağını" belə xəbər vermişdir: “Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların tanrıları olduğu kimi, bizim üçün də bir tanrı düzəlt”. (Musa) dedi: “Həqiqətən, siz, cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri (əqidə) məhvə məhkumdur, gördükləri işlər isə batildir”. (Musa) dedi: “O, sizi aləmlərdən üstün etdiyi halda, mən sizin üçün Allahdan başqa tanrımı axtaracağam?” (Əraf surəsi, 138-140) GÜNƏŞ DİNİ Təkamülçü və materialistlərlə keçmişdə yaşamış bütpərəst cəmiyyətlər arasındakı digər bənzərlik hər
iki qrupun da Günəşə şitayişə əsaslanan dini inanca sahib olmalarıdır. “Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartmışdır. Buna görə də haqqın yolunu tapa bilmirlər. (Şeytan ona görə belə etmişdir) ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da bilən Allaha səcdə etməsinlər”. (Nəml surəsi, 24-25) İnsanların Günəşə sitayiş etməsi cəhalətin və ağılsızlığın nəticəsidir. Günəş dünyaya istilik və işıq versə də, buna görə Günəşə yox, onu yaradan Allaha şükür etmək lazımdır. Allah şüursuz maddə yığını olan Günəşi yoxdan yaratmışdır. Müəyyən müddət sonra enerjisi tükənəcək və sönəcək. Allah Günəşi də, digər bütün göy cisimlərini də yoxdan var etmişdir. Belə ki, bütün bu varlıqlara görə təriflənib ucaldılmalı olan Allahdır. Bu həqiqət Quran ayələrinin birində belə açıqlanır: “Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin”. (Fussilət surəsi, 37) Maraqlısı isə odur ki, təkamülçülər də qədim Günəş dinlərinin təməl inancını təkrarlayaraq,
varlıqlarını Günəşə borclu olduqlarını müdafiə edirlər. Təkamülçü qaynaqlara nəzər yetirdikdə dünyadakı canlılığın
qaynağı kimi Günəşin göstərildiyi görünür. Təkamülçülərə görə, Günəş şüaları dünyada canlılığın başlamasını təmin
etmişdir. Daha sonrakı canlı növlərini meydana gətirən də yenə Günəş enerjisi və Günəş şüaları səbəbindən yaranan
mutasiyalardır. Təkamülçülərin bu mövzudakı fikrini ən yaxşı ümumiləşdirən isə məşhur amerikalı ateist və təkamülçü
Karl Saqan (Carl Sagan) olmuşdur. Saqan “Kosmos” (Cosmos) adlı kitabında "əgər insanlar özlərindən böyük bir şeyə
sitayiş edəcəklərsə, bu, Günəş olmalıdır" yazmış və belə əlavə etmişdir: ![]() Ağıl sahibi insan isə kainatın, təbiətin cansız və şüursuz maddələrin əsəri olmadığını, əksinə, gördüyü hər detalda fövqəladə bir ağıl, plan və incəsənətin mövcudluğunu anlayar. Beləliklə, Allahın varlığını və möhtəşəm yaratmasını qavrayar. Lakin insanların çoxu bu gerçəyə qarşı kordur və maddəyə sitayiş etməyə davam edir. Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartmışdır. Buna görə də haqqın yolunu tapa bilmirlər. (Nəml surəsi, 24) MADDİYYUN VƏ TABİYYUN TAUNU (XƏSTƏLİYİ) Bütün həyatı boyu dinsizliklə mübarizə aparan Bədiüzzaman Səid Nursi də Quranın bir təfsiri kimi
hazırladığı Risaleyi-nur külliyyatında tez-tez "maddiyyun və tabiiyyun taunu"ndan danışmışdır. Bədiüzzamanın
"təbiətçilik, yəni təbiətə sitayiş və materializm, yəni yalnız maddənin varlığını qəbul etmə xəstəliyi" kimi
xarakterizə etdiyimiz bu ifadəsi dinsizliyin əsası olan materializm və darvinizmə diqqət çəkir. Bədiüzzaman
"maddiyyun və tabiiyyun" adlandırdığı bu dinsiz cərəyanların məntiqi pozğunluğunu ətraflı şəkildə açıqlamışdır. Bu
açıqlamalardan biri belədir: (İbrahim) dedi: “Elə isə Allahı qoyub, sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdanmı, siz dərk etmirsiniz?” (Ənbiya Surəsi, 66-67) MATERİALİST VƏ TƏKAMÜLÇÜ DÜNYA GÖRÜŞÜNÜN MEYDANA GƏTİRDİYİ SAXTA DİNLƏR İlk hissədən etibarən xüsusi diqqət çəkdiyimiz kimi, materialistlərin ən böyük məqsədi Allahı və dini
inkar edən, məqsədsiz cəmiyyətlər meydana gətirmək və heç kimə heç bir şey üçün hesab verməyən insan modeli
formalaşdırmaqdır. Belə ki, materialist fəlsəfənin təməlində Allahın varlığını inkar edən, hər cür mənəvi dəyəri -
dürüstlük, qardaşlıq, bölüşmə, sevgi, sülh kimi gözəl əxlaqa dair hər cür xüsusiyyəti rədd edən cəmiyyət həsrəti
dayanır. Materialistlər bu xəyallarını reallaşdırmaq üçün maddəçi anlayışın cəmiyyət içərisində yayılmalı və əsaslı
şəkildə yerləşdirilməli olduğunu bilirlər. 1. ALLAHIN SƏMADA OLDUĞUNA İNANAN BİR DİN İnsanların böyük bir qismi Allahın varlığına inandıqları halda, Allahın harada olduğu ilə bağlı son
dərəcə azğın inanclara sahibdirlər. Çünki materialist dünyagörüşünə görə, maddə mütləqdir və maddənin xaricində heç
bir varlığın olması mümkün deyil. Bu fikrin təsiri altında olan insan isə Allahın bu maddələrin arasında bir yerdə
olmalı olduğunu düşünür. Ancaq Allahın necə bir məkanı ola biləcəyini zehinində canlandıra bilmir. Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, bəlkə, Musanın məbudunun yanına qalxaram. Çünki mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.” (Qəsəs surəsi, 38) Məkanı Allah yaratmışdır və Özü məkandan münəzzəhdir. Yalnız yaradılmış varlıqlar məkana bağlıdır. Allahın varlığı hər yeri əhatə edir. Belə ki, Allah hər an hər yerdədir. (Bu mövzunu "Dinsizliyin dinlərini məğlub edən həqiqət" hissəsində ətraflı oxuya bilərsiniz.) Materialist dünyagörüşünün təsiri ilə bu açıq gerçəyi qavraya bilməyən insanların tabe olduqları saxta dinə görə isə Allah səmadadır. Bəzi insanların dua edərkən yalnız səmaya baxmasının bir səbəbi də budur. Halbuki Allahın hər yerdə olduğunu bilən insan hara baxsa da, Allahın orada olduğunu bilir. Allah bu həqiqəti ayələrində belə bildirir: “Gözlər Onu dərk etmir. O isə bütün gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır”. (Ənam surəsi, 103) 2. ALLAHIN KAİNATI VƏ İNSANLARI YARATDIQDAN SONRA ÖZBAŞINA BURAXDIĞINA İNANAN BİR DİN İnsanların tabe olduqları saxta dinlərin inanclarından biri də Allahın əvvəlcə bütün kainatı və canlılığı yaratdığı və sonra da heç bir şeyə qarışmadan səmadakı məkanından hadisələri izlədiyidir. (Allahı tənzih edirik.) Bu yanlış düşüncəyə görə, insanlar öz qədərlərini də özləri müəyyən edirlər. Halbuki Allah həm məkandan, həm də zamandan münəzzəhdir. Belə ki, Allah insanları və bütün kainatı keçmişləri və gələcəkləri ilə, yəni qədərləri ilə birlikdə "tək bir an" içərisində yaratmışdır. Biz gələcəyimizi yaşamadan bilə bilmirik. Amma Allah hər insanın gələcəyini və yaşayacağı hər anı bilir. Çünki bizim hər anımızı, hər danışığımızı, hər hərəkətimizi yaradan Odur. Saxta dinlərə mənsub insanların zənn etdiyi kimi, Allah kainatı yaradıb, sonra özbaşına buraxmamışdır. Allah kainatda mövcud olan hər canlını başlanğıcları, həyatları və sonları ilə birlikdə meydana gətirmişdir. Bir yarpağın budağından qopub, yerə düşməsindən bir insanın həyatı boyunca yaşayacağı hadisələrə qədər hər şey Allahın müəyyən etdiyi qədər üzrə baş verir. Allah ayələrin birində bu həqiqəti belə xəbər verir: Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir.
Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, (kainatda) yaş-quru elə
bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın. (Ənam surəsi, 59) Materialist düşüncənin təsiri altında yaşayan insanların bir qismi Allahın varlığına inansalar da,
cənnət və cəhənnəmin varlığına inanmırlar. Bunun əsas səbəbi yalnız gözləri ilə gördüklərini gerçək zənn
etmələridir. Gözləri ilə görmədikləri və ya əlləri ilə hiss etmədikləri müddətcə heç nəyin varlığından əmin ola
bilməyəcəklərini düşünürlər. Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”De: “İstər daş olun, istər dəmir, yaxud da (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan.” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda .” O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az qaldığınızı güman edəcəksiniz”. (İsra surəsi, 49-52) Dini inkar edən insanların Allahın Quranda bildirdiyi "ölümdən sonrakı dirilişi" qavraya bilməməsinin
və bu həqiqətə şübhə ilə yanaşmasının səbəbi də materialist inancdır. Materialist anlayışa görə, insan maddələrin
qarşılıqlı təsirindən meydana gələn varlıqdır. Hətta insanın zəkası, duyğuları kimi maddə ilə açıqlana bilməyəcək
xüsusiyyətlər də, materialistlərə görə, maddələrin qarlılıqlı təsiri ilə meydana gəlir. Buna görə də bu insanlar
yenidən dirilişi maddənin özünü yenidən inşa etməsi kimi şərh edir və bunun necə ola biləcəyini anlaya bilmirlər.
Yəni yox olan maddənin yenidən qayıda biləcəyini heç cür qəbul edə bilmirlər. "Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! Onlar yenidən yaradılış barəsində şəkk-şübhə içindədirlər. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf surəsi, 15-16) Bu mövzu ilə əlaqədar digər bir həqiqət isə insanı insan edənin bədəni yox, ruhu olmasıdır. Yəni insana canlılıq verən 50-60 kiloluq ət və sümükdən ibarət bədən deyil, ruhdur. Ölümlə birlikdə bədən yox olur, ancaq ruh yox olmur. Ölüm yalnız insanın ruhunun olduğu məkanın dəyişməsidir, yəni axirət həyatının başlamasıdır. Allah ruh mövzusunda Quranda bizə bu məlumatları verir: Sonra onu düzəldib müəyyən şəklə saldı və ona Öz ruhundan üfürdü. Sizin üçün qulaq, gözlər və ürəklər verdi. Siz necə də az şükür edirsiniz! Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edənlərdir. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız.” (Səcdə surəsi, 9-11) Lakin inkarçı insanların ön mühakimələri çox açıq bir həqiqəti belə anlamalarına mane olur. Allah axirətin varlığını qavraya bilməyən, tək həyatın bu dünya olduğunu zənn edən və öldükləri zaman yox olacaqlarına inanan bu insanların dərketmə və anlama qabiliyyətindən məhrum olduqlarını bir çox ayələrdə bildirmişdir: Nəfsinin istəyini ilahiləşdirən və Allahın bilərəkdən (elmi sayəsində) azğınlığa saldığı, qulağını və
qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər
düşünüb ibrət almırsınız? Həqiqətləri görən, materialist inancın təsirindən xilas olaraq, səmimi və açıq zehinlə düşünən insanlar isə axirətin varlığından heç bir şübhə duymadan, qəti iman gətirirlər: “O kəslərə ki namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar öz Rəbbindən (gələn)
doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.” (Loğman surəsi, 4-5) Nəticə etibarilə, dinsizliyin dini ilə mübarizədə diqqət yetirilməli iki mühüm mövzu var. Birincisi
təkamül nəzəriyyəsinin elmi baxımdan əsassızlığını izah etməkdir. Beləliklə, insanlar təsadüflər nəticəsində meydana
gəlmədiklərini, onları Allahın yaratdığını və Onun qarşısında məsuliyyət daşıdıqlarını görəcəklər. İkinci mövzu isə
maddənin gerçək mahiyyəti haqqında insanları məlumatlandıraraq ön mühakimələrdən xilas olmalarını və həqiqi dini
anlamalarını təmin etməkdir. Çünki maddə yığınından ibarət olmadığını anlayan insan Yaradıcımız olan Allahın sonsuz
qüdrətinin də şüurunda olacaq.
![]() ![]() |
![]() |