![]() |
|
DİNSİZLİYİN "ODA ÇAĞIRAN" RƏHBƏRLƏRİ Quranda tarix boyu insanları haqq yoldan ayıran, onlara Allahı və dini inkar etməyi əmr edən, zalım rəhbərlərin olduğundan bəhs edilir. Allah ayələrin birində bu insanları "oda çağıran rəhbərlər" (Qəsəs surəsi, 41) adlandırır. Bu xarakter Quranda xəbər verilən hz. Musa qissəsində Firon adı ilə qarşımıza çıxır. Lakin bu zülmkar xarakterə tarixin hər dövründə rast gəlmək mümkündür. Dinsizliyin rəhbəri olan bu insanların, demək olar ki, hamısı insanlara qarşı eyni zalımlıqları etmiş, eyni üsullarla dindən uzaqlaşdırmış və həm dünyada, həm də axirətdə fəlakətə sürükləmişlər. Əsrimizdə Firona bənzəyən şəxslərdən Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Cozef Stalin və Mao Zedong, onların ideoloji liderləri Karl Marks və Fridrix Engels, bütün Avropanı qana qərq edən, mərhəmətsizliyi ilə tanınan Adolf Hitler kimi dinsiz və zalım liderlərin adını qeyd etmək olar. Çarlz Darvin isə irəli sürdüyü təkamül nəzəriyyəsi ilə bu qəddar liderlərin fikirlərini bəsləyən və dinsizliyə fərqli istiqamətdən rəhbərlik edən şəxsdir. Quranda xəbər verildiyi kimi, tarix boyu Allahın elçiləri və saleh möminlər öz təbliğ vəzifələrini yerinə yetirdikdə həmişə zülmkar xarakterli liderlərlə qarşı-qarşıya dayanmışlar. Buna görə də elçilər göndərildikləri cəmiyyətlərə qarşı yox, cəmiyyəti öz təsiri və hakimiyyəti altında saxlayan "diktator" xarakterli rəhbərlərə qarşı fikri mübarizə aparmışlar. Çünki dinsizliyin liderlərini razı salmaq və ya fikirlərini təsirsiz hala gətirmək onlara inanan cəmiyyətləri də razı salmaq deməkdir. Məhz bu səbəbdən elçilər əvvəlcə qövmün rəhbərləri ilə görüşmüş, onlara öz düşüncələrini bildirmişlər. Ayələrdə hz. Musanın din əxlaqını izah etmək üçün əvvəlcə Firona göndərildiyi bildirilir:s Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – Firon və onun əyanlarına.
Onlar isə Fironun əmrinə tabe oldular.Halbuki Fironun əmri doğru (yol göstərən) deyildi. (Hud surəsi,
96-97) Bu səbəbdən dinsizliklə mübarizədə rəhbərlər mühüm yer tutur. Daha əvvəl qeyd etdiyimiz kimi, bu gün dinsizliyin əsas cəbhəsi materializmə əsaslanan kommunizm, anarxiya kimi sistemlər və bütün dinsiz ideologiyaların təməli olan təkamül nəzəriyyəsidir. Bu fikri cərəyanların və təkamül nəzəriyyəsinin ideoloji liderləri müasir dövr dinsizliyinin başlıca rəhbərləridir. Həmin liderlərin hal-hazırda yaşamaması da təsirlərini aradan qaldırmamışdır. Onların insanlar üzərindəki mənfi təsiri hələ də davam edir və müəyyən çevrələr tərəfindən mühafizə edilir. Elə isə dinsizliklə mübarizədə bu rəhbərlərin gerçək üzlərinin və məqsədlərinin ortaya çıxarılması çox vacibdir. Bu mövzunun əhəmiyyətinin daha yaxşı başa düşülməsi üçün "oda çağıran" dinsiz rəhbərlərin bəzi xüsusiyyətlərinin və üsullarının Qurandan və əsrimizdən nümunələr verərək araşdırılmasında fayda var. DİNƏ DÜŞMƏN OLMALARI VƏ ZOR TƏTBİQ EDƏRƏK XALQIN İMAN GƏTİRMƏSİNƏ MANE OLMALARI Materializmi mənimsəyən və siyasi sistemlərini materializm əsasında quran Lenin, Stalin, Troçki və Mao
kimi rəhbərlərin ən böyük hədəfi dini yox etmək olmuşdur. Kommunizmin ideoloji lideri Karl Marksın bu sözləri,
əslində, materialistlərin dinə münasibətinin xülasəsidir: ![]() Bu məqsədlə Rusiya və Çində baş verən kommunist inqilab zamanı məscidlər və ibadətgahlar bağlanmış,
kommunist qiyama qarşı çıxanlar vəhşiliklə qətlə yetirilmişdi. Məsələn, dünya tarixinin ən qanlı qətliamlarını
törədən Cozef Stalin 20 milyondan çox insanı öldürtmüşdü. Stalin: "On minlərlə insanın ölüm əmrini imzalayıb, sonra
da şirin yuxuya getmək. Ən sevdiyim şey budur." deyəcək qədər qəddar xarakterə sahib idi. 9 milyon əhalisi olan
ölkədə 3 milyon insanı qətlə yetirən Kambocanın kommunist diktatoru Pol Pot da Stalin kimi dinsizliyin insanlara
qarşı törətdiyi vəhşiliklə tanınan rəhbərlərindəndir. Albaniyanın kommunist lideri Ənvər Xoca isə ölkəsində hər cür
dini inanc və ibadəti ağır cəzalarla qadağan etmiş və "dünyanın tamamilə ateist olan ilk dövlətini qurduğunu" elan
etmişdi. Firon və onun əyanları tərəfindən onlara işgəncə veriləcəyindən qorxaraq, Musaya öz qövmündən
yalnız azsaylı bir nəsil iman gətirdi. Çünki Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi,
83) DİNSİZLİYİ MÜDAFİƏ EDƏNLƏR "ATALARININ DİNİNƏ" TABE OLURLAR Qətliamlar törədən, qadın, uşaq demədən insanları qəddarlıqla öldürən diktatorların arxasınca bu qədər çox insanın getməsi düşündürücüdür. Ancaq bu vəziyyət təkcə bizim əsrimizdə baş verməyib. Quranda öz azğın inanclarından heç cür əl çəkməyən insanlardan bəhs edilir və bu inanclar üçün "ataların dini" ifadəsi işlədilir. İnkarçılar nə vaxt Allahın dininə tabe olmağa dəvət edilsələr, elçilərə öz dinlərini tərk edə bilməyəcəklərini, ata-babalarının bu din üzrə yaşadıqlarını demişlər. Bu ayələrdən bəziləri belədir: Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla gedəcəyik!"– deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yola yönəlməyiblərsə, necə? Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey eşitməyib, (bağırdığı və ya eşitdiyi şeyin mənasını bilməyən və) çığıran (heyvanın) məsəlinə bənzəyir.Onlar kar, lal və kordurlar; buna görə də (haqqı) anlamazlar. (Bəqərə surəsi, 170-171) Dini və mənəvi dəyərləri rədd edən hazırkı inkarçıların vəziyyəti yuxarıdakı ayələrdə açıq şəkildə
ifadə edilir. Onların mənimsədikləri dinlər də, əslində, "dinsizliyin dinləri"dir. Belə ki, bu dövrün dinsizləri
atalarının, yəni Çarlz Darvinin, Leninin, Stalinin və Maonun bu dinə inanıb, onun ilahlarına ibadət etdiklərini
bildikləri üçün inanclarından heç cür əl çəkmirlər. Onların ataları canlılığın cansız maddələrdən meydana gəldiyinə,
yer üzündəki bütün canlıların təsadüflər nəticəsində bir-birindən törədiyinə, hər şeyi yoxdan var edən Yaradıcının
olmadığına inanırdılar. Bu fikri müdafiə edənlər təsadüflərin və təbiətin Yaradıcı olduğuna, ağlı və şüuru olmayan
bu iki qüvvənin şüurlu və ağıllı seçimlər edə bildiyinə, maddənin mütləq, əzəli və əbədi olduğuna dair batil inanca
sahib idilər. And olsun, Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179) ATALARININ SAXTAKARLIQLARININ GÖSTƏRİLMƏSİ Materialist və təkamülçülərin "atalarının dininə" bağlılıqdakı fanatik mövqelərindən xilas ola
bilmələri, insanların bu azğın anlayışların təsirindən çıxa bilmələri üçün əvvəlcə dinsizliyin liderlərinin əsl
şəxsiyyətləri və məqsədləri ortaya qoyulmalıdır. Bunun ən effektiv yolu isə bu şəxslərin müdafiə etdikyi fikirlərin,
əslində, elmə və ağıla tamamilə zidd olduğunu dəlillərlə isbat etməkdir. Həmçinin nümunə olaraq qəbul etdikləri bu
liderlərin gözlərində böyütdükləri kimi idealist düşüncəli adamlar və qəhrəmanlar olmadıqları, hətta dünyanı
qaranlığa qərq edən əxlaqsızlıqları ilə məşhur şəxslərə çevrildikləri və irəli sürdükləri fikirlərin ağıllı insan
tərəfindən qəbuledilməz olduğu göstərilməlidir. ![]() Həmin insanların yolu ilə gedənlər bu gün həqiqətləri qəbul etməyə bilərlər. Lakin ölüm mələyi "kürəklərinə və üzlərinə vura-vura" canlarını alarkən, eynilə Firon və ilahlaşdırdıqları liderləri kimi, onlar da bu böyük həqiqətləri açıq-aydın anlayacaqlar. Ancaq o zaman çox gec olacaq; Quranda bildirildiyi kimi, nə yalvarmalarının, nə geri qayıdaraq etdiklərini düzəltmə istəklərinin faydası olacaq. Onları cəhənnəm oduna sürükləyən liderlərinə lənət oxuyacaq, ən şiddətli əzabla cəzalandırılmalarını istəyəcəklər. Onlara kor-koranə tabe olduqları və Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçiləri dinləmədikləri üçün peşman olacaqlar. Allah bu insanların dinsizliyin dinini tərk etmədikləri halda axirətdə qarşılaşacaqları vəziyyəti Quranda belə bildirir: Kafirlər dedilər: "Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə inanacağıq." Kaş sən o zalımları
öz Rəbbinin hüzurunda saxlanılıb, bir-birinə söz qaytardıqları zaman görəydin. Zəiflər təkəbbür göstərənlərə
deyəcəklər: "Əgər siz olmasa idiniz, biz mömin olardıq. Təkəbbür göstərənlər də zəiflərə belə deyərlər: "Sizə
doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz. Zəiflər də
təkəbbür göstərənlərə deyərlər: "Xeyr! Siz gecə-gündüz hiylələr quraraq, bizə Allahı inkar etməyi və Ona şəriklər
qoşmağı əmr edirdiniz."Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər.Kafirlərin boyunlarına zəncirlər
vurduq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar. (Səba surəsi, 31-33) Allah iman gətirən, həyatını din əxlaqını izah edərək, Quran əxlaqını yaşayaraq və yaşatmağa çalışaraq keçirən qulları üçün isə belə müjdə verir: Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib, sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada nəfsinizin arzuladığı və istədiyiniz hər şey sizindir. Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi." (İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl sözlü kim ola bilər? (Fussilət surəsi, 30-33) NƏTİCƏ İnsan həyatı boyu "dinsizliyin dininə" uyğun yaşamış, hətta din əxlaqının əleyhinə olmuş ola bilər. Ancaq əgər bu insan səmimi şəkildə düşünüb, vicdanının səsini dinləsə, Quranın hökmlərinin nə qədər doğru, açıq və asan olduğunu görəcək. Tövbə etdiyi təqdirdə Allahın bütün keçmiş günahlarını bağışlamasını ümid edə biləcək. Unudulmamalıdır ki, heç bir lider insana şəfaət edə bilməz; heç kim Allahın hüzurunda başqasına fayda verə bilməz. İnsanların tək Vəlisi, yeganə dostu və qoruyucusu aləmlərin Rəbbi olan Allahdır. Allah bu açıq həqiqəti qavrayan insanlarla bağlı ayələrdə belə buyurur: Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan (Allaha) çağırıram. Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər. (Mömin surəsi, 42-43)
![]() ![]() |
![]() |