MATERİALİZM VƏ DARVİNİZM
Maddəçilik, müasir adı ilə materializm çox qədim dövrlərdən bəri mövcud olan fikir
sistemlərindən biridir. Materializm tək mütləq varlığın maddə olduğu fikrini müdafiə edir. Bu
batil inanca görə, maddə əzəldən bəri mövcuddur və sonsuza qədər də varlığını davam etdirəcəkdir.
Materializmin əsas xüsusiyyəti isə Yaradıcının varlığını və hər cür dini inancı rədd etməsidir.
Dünyada dinsizliyi əsas prinsip kimi qəbul edən bir çox cərəyan, ideologiya və fikir sistemləri
vardır. Lakin materializm dini inkar edən bu cərəyanların böyük bir qisminin əsasını təşkil edir.
Başqa sözlə desək, dinsizliyin təməl dini materializmdir.
Şumerlərdən qədim Yunan dinlərinə qədər tarixin hər dövründə materialist inanca rast gəlinir.
Ancaq bu batil inanc, əsasən, XIX əsrdə yayılmış və əsas fikir sisteminə çevrilmişdir. Böyük
sürətlə yayılan bu materialist fikrin qarşısında daim ciddi bir maneə dayanmışdır. Maddənin əzəli
olduğunu iddia edən materializmin önündəki bu böyük maneə "kainatın və bəşəriyyətin necə meydana
gəldiyi" sualıdır.
Həmin əsrdə Çarlz Darvinin ortaya atdığı təkamül nəzəriyyəsi materialistlərin qarşısında dayanan
bu suala onların axtardıqları kimi, əslində isə heç bir elmi əsası olmayan cavabı verdi. Darvinin
ortaya atdığı əsassız nəzəriyyəyə görə, cansız maddələr təsadüfən baş verən bəzi hadisələrlə
özlərini nizamlamış və bunun nəticəsində təsadüfən ilk hüceyrə meydana gəlmişdir. Darvinizmə görə,
yer üzündəki bütün canlılar bu ilk hüceyrənin təsadüflər nəticəsində təkamül keçirməsi ilə meydana
gəlmişdir.
Darvin bu iddiaları ilə, əslində, elm tarixindəki ən böyük yanılmanın memarıdır. Heç bir konkret
elmi dəlilə əsaslanmayan nəzəriyyəsi, özünün də qəbul etdiyi kimi, yalnız "irəli sürülən bir
fikir"dir. Hətta Darvinin "Növlərin mənşəyi" adlı kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı
hissəsində etiraf etdiyi kimi, təkamül nəzəriyyəsi bir çox mühüm suallar qarşısında çarəsiz
qalmışdır.
Buna baxmayaraq, Darvin elm inkişaf etdikcə nəzəriyyəsinin bu çətinlikləri aşacağını
və yeni elmi kəşflərin nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu da kitabında tez-tez dilə
gətirirdi. Lakin inkişaf edən elm Darvinin ümidlərinin əksinə olaraq, nəzəriyyənin təməl
iddialarını bir-bir sıradan çıxardı. Belə ki, təkamül nəzəriyyəsi bu gün, lehində aparılan bütün
təbliğatlara baxmayaraq, avstraliyalı məşhur molekulyar bioloq Maykl Dentonun "Evolution: A Theory
in Crisis" (Təkamül: böhran içində bir nəzəriyyə) adlı kitabında vurğuladığı kimi, "böhran içində
olan nəzəriyyə"dir. (Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books,
1985)
Lakin XIX əsrdə təkamül nəzəriyyəsi ilə əlaqədar elmi gerçəklər bilinmirdi. Bu nəzəriyyə özlərinə
elmi dayaq axtaran materialistlər üçün qaçırılmaz fürsət idi. Çünki Çarlz Darvin öz nəzəriyyəsinə
əsaslanaraq Yaradıcının varlığını inkar edirdi. İnsanın kor təsadüflər nəticəsində cansız
maddələrdən əmələ gəldiyi iddiası həmin dövrdə materialistlərin ən çox eşitmək istədikləri fikir
idi.
Təkamül nəzəriyyəsinə etdiyi tənqidi fikirlərlə və nəşr etdiyi kitablarla akademik səviyyədə
hörmət qazanan Çikaqo Universiteti professorlarından Filip Conson (Phillip Johnson) təkamül
nəzəriyyəsinin dinsiz ideologiyalar üçün daşıdığı əhəmiyyəti belə açıqlayır:
… Darvinizmin qəbul edilməsi Allahın varlığının inkar edilməsi mənasını verirdi və nəticə etibarı
ilə, Allahın vəhyinə əsaslanan dinin əvəzinə, təkamül naturalizminə əsaslanan yeni inanc
formalaşdırıldı. Bu yeni inanc yalnız elmin yox, hökumətlərin, hüququn və əxlaqın da əsas inancını
təşkil etdi, modernizmin təməl dini fəlsəfəsi hesab edildi. (Phillip E. Johnson, Defeating
Darwinism Intervarsity Press, 1997, s. 99)
Bəs Filip Consonun da yuxarıdakı sözləri ilə ifadə etdiyi bu dinsiz fəlsəfənin tərəfdarlarının
əsas məqsədi nədir?
Allahın varlığını və din əxlaqını inkar edən bir cəmiyyət yaratmaq istəyən materialistlər insanın
qarşısında məsuliyyət daşıdığı bir varlığın olmadığını iddia edirlər. Öz yanlış inanclarına
əsasən, insanın özbaşına və məsuliyyətsiz olmasını və heç kimə hesab vermək məcburiyyətində
olmamasını istəyirlər.
Materialistlərin bu cahil istəyi materialist bir elm adamı tərəfindən belə ifadə olunur:
"İnsan kainatda anlama qabiliyyətinə və potensialına sahib olan yeganə varlıqdır. Amma şüursuz və
ağılsız maddələrin məhsuludur. Belə ki, özü dünyaya gəlməyi bacarmış insan yalnız özü qarşısında
məsuliyyət daşıyır.” (Corc Gaylord Simpson, Life of The Past:An Introduction to Paleontology, New
Haven: Yale University Press, 1953)
Yuxarıda ifadə edilən fikrin nə qədər məntiqsiz olduğu ağıl və vicdan sahibi hər insanın asanlıqla
başa düşəcəyi həqiqətdir. Bu sözlərin müəllifi olan materialist elm adamı insanın dünyaya gəlişinə
özünün müvəffəq olduğunu iddia edir. Lakin, məlumdur ki, insan dünyaya gəlişinin heç bir
mərhələsində iradə göstərməmiş və qərar vermək səlahiyyətinə də sahib olmamışdır. Allah insanı
qüsursuz şəkildə var etmişdir. Amma tarix boyu materialist zehniyyətin özünü məsuliyyətsiz hiss
etmək istəyi onu şüursuz və ağılsız maddələrdən şüurlu və ağıllı planlar gözləmək xülyasına
salmışdır.
Həmçinin onu da xatırlatmaq lazımdır ki, dinsizlərin yuxarıda ifadə edilən başıboş və
məsuliyyətsiz olmaq istəkləri yalnız XIX və XX əsrdə yaşayan materialistlərə və təkamülçülərə aid
deyil. Allah keçmiş qövmlərin də eyni düşüncəyə sahib insanlar olduğunu Quranda belə bildirmişdir:
Bəlkə, insan özbaşına qoyulacağını güman edir? Məgər o, (kişi) toxumundan axıdılan
bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb, kamil bir görkəmə
saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamə
surəsi, 36-40)
Allah insanı bir damla sudan yaratmış, sonra isə, ayələrdə də bildirildiyi kimi, onu
"nizam içində, kamil bir görkəmə " salmışdır. Yəni insanın öz varlığı haqqında qərar vermək
səlahiyyəti yoxdur; çünki yaradılmışdır. Ancaq Allahın bu açıq-aşkar lütfünə baxmayaraq, bəzi
insanlar, yuxarıdakı nümunədə olduğu kimi, öz iradələri ilə dünyaya gəldiklərini və "özbaşına"
olduqları iddia edirlər.
Materialist fikir sistemlərinin və təkamül nəzəriyyəsinin "məsuliyyətsiz, özbaşına insan həsrəti"
müasir dövrdə də cəmiyyətə, elm və fikir dünyasına hakimdir. Buna görə də mənəvi dəyərləri heçə
sayan, cəmiyyətdəki sabitliyi və nizamı təmin edən bütün əxlaqi dəyərlərə qarşı mübarizə aparan bu
yalnış inancın nəticəsi olaraq sürətlə əxlaqi degenerasiyaya məruz qalan nəsillər
yetişdirilmişdir.
Bu gün elm materialist düşüncənin və təkamül nəzəriyyəsinin etibarsız olduğunu, heç bir elmi
dəlilə əsaslanmadığını, hətta elmi kəşflərlə təkzib edildiyini açıq şəkildə göstərir. Lakin 150 il
israrla davam etdirilən ictimai təlqin səbəbindən materialist düşüncə və təkamül nəzəriyyəsi hələ
də bir çox insanlar tərəfindən sanki isbat edilmiş həqiqət kimi müdafiə olunur. Çünki bu inancın
qabaqcılları Allahın varlığını inkar etmək, insanları din əxlaqından və hər cür mənəvi dəyərdən
uzaq tutmaq üçün materializmə və təkamül nəzəriyyəsinə ehtiyac duyurlar. Əks təqdirdə, əllərində
dinsizliyi təlqin edə biləcəkləri heç bir əsas qalmayacaq.
ELMİN TƏKZİB ETDİYİ NƏZƏRİYYƏNİ NİYƏ HƏLƏ DƏ MÜDAFİƏ EDİRLƏR?
Müasir dövrdə bir çox elm adamları elmi həqiqətlərə baxmayaraq, niyə hələ də təkamül
nəzəriyyəsini və materializmi müdafiə etdiklərini açıq şəkildə etiraf edirlər. Məsələn, Filip
Conson təkamül nəzəriyyəsinin müdafiəçilərindən və dövrümüzün qatı materialistlərindən olan
Harvard Universitetindən genetikçi Riçard Levontinin (Richard Lewontin) məqsədini ifadə etdiyi
cümləsinə bu şərhi vermişdir:
"Əsl problem insanlara ən yaxın ulduzun nə qədər uzaqda olduğunu göstərmək və ya hansı genlərin
hansı məlumatı daşıdığı haqqında məlumat vermək deyil… Əsas problem insanların dünya ilə bağlı
irrasional və fövqəltəbii açıqlamaları rədd etmələrini təmin etməkdir. İstər bəyənin, istər
bəyənməyin, insanların öyrənməli olduqları budur: "Biz bütün fenomenləri maddələrin arasındakı
maddi əlaqələrdən yaranan, maddi dünyada yaşayan, maddi varlıqlarıq." Başqa sözlə, insanlar
Allahın varlığını inkar edən materializmə inanmalıdırlar… (Phillip E. Johnson, Objections
Sustained, İntervasity, 1998, ABŞ, səh. 69-70)
Levontinin bu ifadələri materialist ideologiyanı müdafiə edənlərin, əslində, necə yalnış məntiqə
sahib olduqlarını da göstərir. Çünki bu gün elmin ortaya qoyduğu həqiqətlər materializmin irəli
sürdüyü iddiaların ağıl və məntiqə tamamilə zidd olduğunu sübut edir. Amma hər cür elmi dəlilə
baxmayaraq, materialistlər kor-koranə bağlandıqları inanclarını qorumaqda qərarlıdırlar və bu
yolda fəaliyyətlərini davam etdirirlər.
Sidney Universitetindən antropoloq dr. Maykl Volker (Michael Walker) də təkamül nəzəriyyəsinə
hansı məqsədlə xidmət edildiyini belə açıqlayır:
"Bir çox elm adamı və texnologiya mütəxəssislərinin Darvinin nəzəriyyəsini qəbul etməyinin tək
səbəbinin bu nəzəriyyənin Yaradıcının varlığını rədd etməsi olduğunu qəbul etmək
məcburiyyətindəyik." (Dr. Michael Walker, Quadrant, Oktyabr 1982, səh. 44)
Darvinizmin elmdənkənar iddialarını rədd edən tanınmış elm adamı Filip Conson (Phillip Johnson)
isə darvinizmin elmin dinsiz liderləri üçün niyə "əvəzedilməz" əhəmiyyətdə olduğunu və niyə hər nə
bahasına olursa olsun, onu qorumağa çalışdıqlarını belə izah edir:
"Müasir elmin liderləri, özlərini "dindarlara", yəni Yaradıcının varlığına inananlara qarşı
aparılan mübarizənin öndərləri hesab edirlər… Darvinizm isə"dinə" qarşı aparılan bu mübarizədə
əvəzedilməz ideoloji rol oynayır. Məhz bu səbəbdən bu gün elmi dairələr darvinizmi sınaqdan
keçirmək yox, nə bahasına olursa olsun, qorumaq məqsədi güdürlər. Elmi araşdırmaların qaydaları da
bu ideologiyanı təsdiqləyəcək şəkildə təyin edilir." (Phillip Johnson, Darvin on Trial, 2.b.
Illinois: Intervarsity Press, 1993, səh. 155)
Materialist və ateist fəlsəfənin ən qabaqcıl müdafiəçiləri və bunları bütün dünyaya yaymağı
özlərinə hədəf seçən "dinsizliyin öndərləri", Consonun da ifadə etdiyi kimi, öz ideologiyalarına
guya elmi əsas təmin etdiyi üçün Darvinin təkamül nəzəriyyəsinə sahib çıxmışlar.
Eyni vəziyyət keçmişdə - təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı günlərdə də mövcud olmuşdur.
Məsələn, dialektik materializmin qurucularından olan, din düşməni Fridrix Engels (Friedrich
Engels) təkamül nəzəriyyəsinin öz müdafiə etdiyi fikirlər baxımından nə qədər mühüm olduğunu
dəfələrlə ifadə etmişdir. Engels Darvinin "Növlərin Mənşəyi" adlı kitabını oxuduqdan sonra belə
demişdir:
"Bizim nəzəriyyəmiz təkamülün nəzəriyyəsidir, əzbərlənəcək və mexaniki olaraq təkrarlanacaq doqma
deyil." (K. Marks - Fridrix Engels, Seçilmiş Yazılar 2, 1870-1895, Sol nəşrləri, 1-ci nəşr,
Oktyabr 1996, Ankara, Tərcümə: Yurdakul Fincançı, (Kitabın orijinalı Moskva 1975 çapı) (Marx and
Engels Corespondence, International Publishers, 1968, Letter from Engels to Florence Kelley
Wischnewetsky))
Dialektik materializmin digər məşhur nümayəndəsi Karl Marks (Karl Marx) isə yaxın dostu Fridrix
Engelsə yazdığı bir məktubda darvinizm haqqındakı düşüncələrini belə ifadə etmişdir:
"Bizim düşüncələrimizin təbii tarix təməlini ehtiva edən kitab, bax, budur." (Conway Zirkle,
Evolution, Marxian Biology and The Social Science, University of Pennsylvania Press, 1959, səh.
527)
Amerikalı botanika professoru Konvey Zirkl (Conway Zirckle) isə kommunizmin qurucuları olan Marks
və Engelsin darvinizmi niyə mənimsədiklərini aşağıdakı sözləri ilə açıqlayır:
" Darvinin "Növlərin Mənşəyi" adlı kitabı nəşr olanan kimi Marks və Engels təkamül nəzəriyyəsini
mənimsədilər… Kommunizmin qurucuları üçün təkamül insanlığın fövqəltəbii qüvvənin müdaxiləsi
olmadan necə ortaya çıxdığı sualının cavabı idi və beləliklə, dəstəklədikləri materialist
fəlsəfənin təməllərini müdafiə etmək üçün istifadə edilə bilərdi. Üstəlik, Darvinin təkamülü şərh
etmə tərzi, yəni təkamülün təbii seçmə müddəti ərzində inkişaf etdiyi nəzəriyyəsi onlara həmin
vaxtadək hakim olan teoloji (dini) düşüncələrə etiraz etmə fürsəti verirdi. Təbii seçmə
nəzəriyyəsi sayəsində elm adamları təbii dünyanı materialist terminologiya ilə izah etmək imkanı
əldə etmiş olurdular." (Conway Zirkle, Evolution, Marxian Biology and The Social Science,
University of Pennsylvania Press, 1959, səh. 85-86)
Bu ifadələrdən də açıq şəkildə göründüyü kimi, materialist dünyagörüşünə sahib olan
Marks və Engelsin Darvini dəstəkləməsinin yeganə səbəbi dinə qarşı olan düşmənçilikləri idi.
Əslində, elmi baxımdan heç bir dəyəri olmayan, yalnız Darvinin təxəyyülündən qaynaqlanan bəzi
mexanizmlərə israrla sahib çıxmalarının səbəbi bu idi. Belə ki, Fridrix Engels kitabının birində
Darvinin nəzəriyyəsini nə üçün əhəmiyyətli hesab etdiyini belə ifadə etmişdi:
"Darvin bütün təbii varlıqların, bitkilərin, heyvanların və insanın özünün milyonlarla ildir davam
edən təkamül müddətinin məhsulu olduğunu sübut edərək metafizik təbiət düşüncəsinə ən ağır zərbəni
vurdu." (Marx - Engels, Seçmə Əsərlər 3, Sol Nəşrləri, səh. 156)
Göründüyü kimi, Engels təkamül nəzəriyyəsinin yer üzündəki milyonlarla canlı növünün necə
yarandığını açıqlaya bildiyini zənn edərək yanılmışdı. Lakin Darvinin nəzəriyyəsinin sübut edilmiş
olduğunu güman edən və dövrünün elmi baxımdan geridə qaldığını göstərən yalnız Engels deyildi.
Keçmişdə yaşamış kommunist və dinsiz liderlərin ən qəddarı kimi tanınan Stalin də
avtobioqrafiyasında təkamül nəzəriyyəsinə verdiyi dəyərə belə diqqət çəkir:
"Məktəblərdəki şagirdlərimizin zehinini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara
xüsusilə üç şeyi öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini." (Kent
Hovind, The False Religion of Evolution, https://hsv.tis.net/ke4vol/evolve/ndxng.html (Bu kitab
yalnız internetdə nəşr olunmuşdur.))
Göründüyü kimi, materialist inanca sahib fikri cərəyanlarla Darvinin təkamül nəzəriyyəsinin ortaq
cəhəti dinsizlikdir. Bu fikri cərəyanları müdafiə edənlərin yeganə məqsədi bütün insanlara Allahın
varlığını inkar etdirməkdir. Allah Quranın "Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət
günü onlara kömək edilməyəcəkdir." (Qəsəs surəsi, 41) ayəsində insanların inkar etməyi üçün
cəhd edən bu rəhbərlərin varlığı bildirilir. (Ətraflı məlumat üçün baxın: Dinsizliyin "Oda
çağıran" rəhbərləri hissəsi)
Lakin Allah başqa bir ayədə insanları inkara sürükləyənlərin qarşılaşacağı sona belə diqqət çəkir:
…Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola
bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq". (Ənam
surəsi, 157)
Materializmin məğlub edilməsi dünyada gün keçdikcə daha çox yayılan dinsizliyin
ortadan qaldırılması deməkdir. Bunun üçün insanlara maddənin əzəli və əbədi olmadığını, təkamül
nəzəriyyəsinin elmi baxımdan tamamilə etibarsız olduğunu izah etmək lazımdır. (Baxın: "Maddənin
ardındakı sirr" Harun Yəhya) Beləliklə, Allahın varlığını inkar edən bütün düşüncə sistemləri
təməldən yox edilmiş olacaq.
Bu, materializmi gözləyən qaçılmaz sondur. Allahın ayələrin birində bildirdiyi kimi,
"Şübhəsiz ki, bunların etiqad etdikləri (əqidə) məhvə məhkumdur, gördükləri işlər isə batildir".
(Əraf surəsi, 139)
DARVİNİZMİN DİNSİZLİK ÜÇÜN ƏHƏMİYYƏTİ
Bəlkə də, bu sayta daxil olanların bəziləri darvinizm və materializm kimi fikirlərin
dinsizliyin əsas qaynağı sayılmadığını, əksər insanların bu anlayışlardan xəbəri olmadığı halda,
dinsiz, yaxud da dindən tamamilə xəbərsiz həyat sürdüyünü düşünə bilər. Bu fikir ilk baxışda doğru
kimi görünsə də, yaşadığımız dövrə baxdıqda insanların çoxunun heç bir şey düşünmədən yaşadıqları
görünür. Xüsusilə, gənclər arasında yalnız çoxlu pul qazanıb, əyləncəli həyat sürməyə əsaslanan,
səthi mədəniyyət formalaşmışdır. Bu səthi mədəniyyətdə "mən necə var oldum, məni kim yaratdı" kimi
suallara yer yoxdur. Bu insanlar nə onları Allahın yaratdığını düşünürlər, nə də azğın
ideologiyalarının fərqindədirlər. Beyinlərini dolduran düşüncələr film ulduzlarının həyatı, pop
müğənnilərinin qalmaqalları və buna bənzər tamamilə boş mövzulardır. Cəmiyyətin böyük əksəriyyəti
də necə var olduqları kimi "dərin" mövzularla maraqlanmırlar. İnsanların bütün fikirləri
"dolanışıq dərdi" və ya bənzər dünyəvi mövzular üzərində cəmlənmişdir.
Belə ki, cəmiyyətdə darvinizmə inanan, materialist fəlsəfəni şüurlu olaraq mənimsəyən insanlar heç
vaxt çoxluq təşkil etmir. Bir çox insanların din əxlaqından uzaq yaşamasının səbəbi beyinlərinin
boş olmasıdır. Məhz bu səbəbdən yuxarıda bəhs etdiyimiz "Darvinizm və materializm bu qədər
əhəmiyyətlidir?" sualı yaranır. Amma əgər bu tablo daha yaxından araşdırılsa, əslində, dinsizliyə
dayaq olan əsas ünsürün darvinizm olduğu görünər. Çünki darvinizmi mənimsəyən kütlə cəmiyyətin az
qismini təşkil etsə də, həmin cəmiyyətə ideoloji baxımdan istiqamət verir. Məsələn, ABŞ-da
aparılan ictimai araşdırmada cəmiyyətin yalnız 9%-nin ateist təkamülçü olduğu ortaya çıxmışdır.
Amma bu 9%-lik qisim universitetlərdə, mediada, rəsmi elmi təşkilatlarda və ya film sənayesində
hakim vəziyyətdədir. Cəmiyyətə istiqamət verən, təhsil siyasətini müəyyən edən və media yolu ilə
xalqın şüurunu formalaşdıranlar əksərən sözügedən ateist təkamülçülərdir.
Diqqətli şəkildə baxıldıqda bir çox ölkələrdə də eyni vəziyyətin mövcud olduğu məlum
olur. Burada diqqəti cəlb edən əsas məqam kommunist ideologiyanı müdafiə edənlərin düşüncə və
mədəni sahələrdə göstərdikləri səydir. Məlumdur ki, bu gün kommunizm, bir neçə ölkə istisna
olmaqla, siyasi sistem kimi çökmüşdür. Amma hələ də bəzi dairələr tərəfindən gündəmdə saxlanılır.
Çünki kommunizmin fikri əsasını materialist fəlsəfə təşkil edir və materialist fəlsəfə hələ də
yaşayır.
Kommunistlər də tez-tez "Marksın iqtisadi nəzəriyyəsində bəzi yanılmalar var idi, amma materializm
yaşayır" mesajını verirlər. Bir çox ölkələrə baxdıqda kommunistlərin mədəni yöndən
təşkilatlandıqları, incəsənət, elm, fəlsəfə kimi sahələrdə əsaslı təsir yaratdıqları görünür.
Nəşriyyatların mühüm bir hissəsi onların nəzarətindədir. Kitab sərgilərində onların düşüncəsi ön
plana çıxır. Böyük media quruluşlarına istiqamət verən, köşə yazarı olan insanların əsas hissəsi
də "68 qurşağı" kimi tanınan və ya "köhnə tüfəng" adlandırılan marksist mənşəli kəslərdir. Bunlar
kommunizmin iqtisadi cəhətdən çökdüyünü qəbul etmələrinə baxmayaraq, materialist fəlsəfəyə olan
bağlılıqlarını davam etdirir və "din xalqın tiryəkidir" deyə düşünürlər.
Darvinizm məhz bu cür insanların dinidir. Darvinizmə kor-koranə inanır və əllərindəki imkanlardan
istifadə edərək bu nəzəriyyəni yaşatmağa çalışırlar. Cəmiyyətin böyük hissəsi "mən necə var
oldum?" sualı üzərində düşünmədən, boş zehinlə yaşaya bilər. Amma bir az əvvəl bəhs etdiyimiz
kommunist təşkilatlanma səbəbindən bu sualı düşünən insanların çoxu darvinizmlə aldadılır.
Gənclər universitetdə darvinist müəllimlərin təlqininə məruz qalır, kitab sərgisini gəzdikdə
darvinist və ateist kitablarla qarşılaşır, incəsənət qalereyasına və ya teatr tamaşasına getdikdə
yenə eyni mesajlarla üz-üzə gəlirlər. Beləliklə, təhsilli və elit təbəqəni öz təsiri altına salan,
dinsiz mədəniyyət formalaşır. Darvinizm isə bu mədəniyyətin ən böyük dayağıdır. Bu sehrin təsirinə
düşənlər darvinizmi elmi həqiqət zənn edir, din əxlaqını isə "xalqın ənənəvi inancı" hesab
edirlər. Belə ki, Quranda inkarçılara "Rəbbiniz nə endirdi?" deyildikdə "köhnələrin nağılları"
(Nəhl surəsi, 24) cavabını verdikləri bildirilir. Halbuki din əxlaqının yaşanması insanın
Yaradıcımız olan Allaha yönəlməsidir, Rəbbimizin bildirdiyi, haqq olan həqiqətdir. Amma darvinizm
vasitəsilə aldadılan insanlar bu gerçəyi qavraya bilməyəcək qədər şüursuzlaşmışlar. Din əxlaqından
uzaq bu mədəniyyətin aradan qaldırılması üçün darvinizmin və materialist fəlsəfənin elmi üsulla
yox edilməsi zəruridir.

|